Çiyin reabilitasiyası
Çiyin reabilitasiyası – çiyin oynağı, körpücük sümüyü və kürək sümüyündə olan travmatoloji. Nevroloji xəstəliklərdə, əməliyyatlardan sonra periodda və ağrı sindromunda aparılır. Çiyin reabilitasiyasında kompleks şəkildə müalicəvi idman terapiyası, manual terapiya, mexanoterapiya, maqnit terapiyası. Termoterapiya kimi metodlardan və çiyin çarxı, çiyin üçün passiv hərəkət cihazları (CPM) və yuxarı ətrafların aktiv hərəkət cihazlarından istifadə olunur.
Gündəlik həyatda qolumuzu oynatmaq və işlətməyimizi təmin edən çiyin oynağı, 6 istiqamətdə hərəkətə imkan verən ən qarışıq oynaqdır. Lif, sümük, sinir, damarlar çox sayda bağ və digər dəstəkləyici toxumalardan ibarət çiyin oynağında , bu strukturlara təsir edən fərqli səbəblərdən ağrılar baş verə bilər. Narahatlıq vaxtında aradan qaldırılmazsa həyat boyu qolda hərəkət məhdudiyyəti və güçsüzlük, ağrı müşahidə olunacaq.
Çiyin xəstəlikləri, çiyin bölgəsindən qaynaqlana biləcəyi kimi, ürək, ağciyər, qaraciyər, boyun yırtığı qaynaqlı da ola bilərlər. Çiyin reabilitasiyası
Ağrılar müxtəlif şəkillərdə başlaya bilər.
- Zədə (şüşə silmə, yüksək şkafdan kitab alma, uzun müddət səhv mövqedə kompüter, avtomobil istifadə etmək, ağır əşya qaldırmaq kimi hərəkətlərdən doğan )
- Düşmə,
- Çiyin qırıq və çıkıklarından sonra hərəkətsizlik təsiriylə,
- Çiyində və qolda yavaş yavaş başlayıb, gedərək artan ağrılar,
- İdman edərkən ya da məşq sonrası.
Çiyin ağrısının ən sıx rastlanan səbəbləri
- Lif cırıqları, zədələnmələr,
- Bursit və tendinit (içi maye dolu kisəciklər, tendon iltihabı)
- Qırıqlar, çıxıqlar,
- Sinir sıxışması,
- Kirəcləşmə,
- Romatizmal xəstəliklər (xüsusilə polimiyalji romatika)
- Donuq çiyin (oynaqda hərəkət kıstlanması)
- Ağciyər şişləri, iltihabları,
- Qaraciyər və öd kisəsi xəstəlikləri,
- Boyun yırtıqları.
Çiyin ağrılarında hansı vəziyyətlərdə həkimə müraciət edilməlidir?
- Çiyin ağrısı, çiyin oynağı travmalarından sonra başladısa,
- Çiyində şəkil dəyişikliyi,
- Çiyində gedərək artan ağrı,
- İstirahət zamanı da davam edən və ya gecə yuxudan oyandıran çiyin ağrısı,
- Çiyində ağrı yüngül olsa da, 3 gün istirahət və ağrı kəsici istifadəsinə baxmayaraq davam edir isə,
- Qolu qaldırmaqda çətinlik yaranirsa,
- Qolda ağrı olmasa belə hər hansı bir əşyanı qaldırmaqda çətinlik çəkərkən ,
- Çiyin əzlələrində qızartı və hərarətin artması.
DONUQ ÇİYİN XƏSTƏLİYİ
Qolumu qaldırmaqda çətinlik çəkirəm, saçımı daraya bilmirəm, gecə qolumun üstündə yata bilmirəm deyirsinizsə donuq çiyin xəstəliyinə namizəd ola biləcəyinizi söyləyə bilərik.
Donuq çiyin, çiyin oynağınızın müxtəlif səbəblərdən kifayət qədər hərəkət ettirə biməmək və nəticə olaraq sonrasında, çiyində görülən ağrı və hərəkət məhdudluğu ilə xarakterizə olunan bir vəziyyətdir. Adamın qolunu yana açması, kürəyinə aparması, saçını daraması, yüksəkdən bir şey alması çətinləşir. Yalnız uyğun müalicə edildiyi təqdirdə tədricən problem aradan qalxmağa başlayır.
İdman edərkən baş verən əzələ zədələnməsi, cırıqları, qırıq, çıxıq kimi vəziyyətlər çiyin hərəkətlərində bir müddət məhdudiyyət yarada bilər, hərəkətsizlikdən sonrakı dövrdə donuq çiyin problemi ortaya çıxar. Qoldakı bir neçə həftəlik hərəkət məhdudluğu donuq çiyin probleminə yol aça bilər.
Ürək damar, xroniki ağciyər, şəkər,vərəm xəstəlikləri ağciyər şişləri, xolesterol yüksəkliyi, zob şişləri olan insanlarda donuq çiyin daha sıx görülər. Başlanğıcda ağrı səbəbiylə adam qolunu hərəkət etdirməkdən kaçınır.Sonrasında əzələ və bağlarda əmələgələn yığılmalar səbəbiylə oynaq hərəkətləri getdikcə məhdudlaşacaq.
Təəssüf ki xəstələr çiyin ağrıları şiddətli deyilsə və gündəlik həyatda çiyinlərini çox aktiv hərəkət etdirmirlərsə ilk başlarda ağrılara düqqət etməzlər. Bu da müalicəyə gec başlamağa gətirib çıxarır. Düzgün müalicə edilməyən xəstələr həyatı boyu çiyin hərəkətlərində məhdudiyyətlər ilə yaşamaq məcburiyyətində qalarlar.
Donuq çiyin xəstəliyinin ən çox görüldüyü vəziyyətlər:
Qolun hərəkət ettirilməsiylə artan çiyin ağrısı,
Üzərinə yatmakla artan çiyin ağrısı,
Qolu müəyyən bir nöqtədən çox qaldıra bilməmək və ya döndərə bilməmək.
Çiyin Oynağı; müxtəlif parçalardan ibarət olan bir oynaqdır. Bu parçalar sayəsində qolunuzu qaldıra, döndərə və yellədə bilirsiniz. Ancaq donuq çiyin vəziyyəti yaranıbsa, oynağın müəyyən qisimlərində şəkil dəyişikliyi baş verir və qolunuzu hərəkət etdirmək istədiyiniz zaman ağrı və məhdudiyyətlər hiss edərsiniz.
Donuq çiyin diaqnozu qoyulurkən müayinə və ağrı testi aparılır. Bundan sonra çiyininizin rentgeni və ya MR yada Tomoqrafiyası lazım olur. Əgər başqa xəstəlik müəyəyn edilərsə o istəqamətdə müayinə aparılır.
Çiyin oynağını hərəket etdirmək ən əhəmiyyətli qoruyucu tədbirdir. Donuq çiyinin müalicəsində; müalicə bərpa və reabilitasiya üsulları müvəffəqiyyətlə tətbiq edilərsə xəstəlikdən qurtulmaq mümkündür.
Hil müalicə və ultrasəs kimi elektroterapi cihazları, donuq çiyin xəstəliklərində vacib olan məşqlər, manuplatif üsullar müalicənin əsasını təşkil etməkdədir. Məşqlərin düzgün təşkil edilməsi, sağalmanın ana pilləsidir. Xəstəliyə səbəb olan faktorlar da mütləq nəzərə alınmalıdır. Çiyinə vurulan oynaq içi kortizon iynələri vəziyyəti yüngülləşdirmək üçün deyil, sadəcə ağrını azaltmaq məqsədi güdərsə, toxumaların müalicəsini ləngidə bilər. Çiyin oynağı qığırdaklarında yüksək dərəcədə daralma və qısalma olan xəstələrdə cərrahi üsullara müraciət edilə bilər.
Donuq çiyin müalicəsində; ancaq xəstəliyin dərəcəsinin müəyəyən edilməsi və onu yaradan səbəblərin aradan qaldırılması istiqamətində aparılan müalicə nəticəsində ömür boyu davam edən çiyin ağrısı və qolun hərəkət məhdudiyətindən xilas olmaq mümkündür.