Aşağı ətraflar reabilitasiyası
Aşağı ətraflar reabilitasiyası | Sümük – oynaq xəstəlikləri, travmalar, əməliyyatlar və digər səbəblərdən aşağı ətraflarda (bud, baldır, topuq, daban, pəncə və ayaq barmaqlarında) yaranan deformasiya və funksiya pozunutuları fizioterapevtik reabilitasiya ilə aradan qaldırıla bilər. Bu reabilitasiyada mexanoterapiya, müalicəvi idman terapiyası, aktiv və passsiv terapiya, hidroterapiya, termoterapiya, elektroterapiya, maqnit terapiyası və lazer terapiyasından və yaxud bunların kombinasiyasından istifadə olunur.1. Profilaktiktik məqsədlə:
- hipodinamiyanın qarşısının alınması
- başqa ağırlaşmaların qarşısının alınması-durğunluq pnevmaniyasının, yataq yaralarının, mədə-bağırsağ pozğunluqlarının
2. Müalicəvi məqsədlə:
- Orqanizmin ümumi möhkəmləndirilməsi, sağlamlaşdırılması
- Beyin qabığında oyanma və tərmozlama prosesləri arasına müvazinətin bərpa olunması
- Üzvlərin və sistemlərin funksiyalarının normallaşması
- Trofik proseslərin stiledlə olunması
- Həyatı hərəki bacarıqların bərpası və təkmiləşdirilməsi
- Sınığın immobilizasiya dövrü.
- İmmobilizasiyadan sonrakı dövr.
- Bərpa dövrü.
Nümunəvi gimnastika kompleksləri:
- Immobilizasiya dövründə verilən gimnastika kompleksləri:
- Bu dövrdə xəstə yataq rejimində olduğu üçün ağciyərlərdə yaranan durğunluğu aradan götürmək məqsədilə xüsusi tənəffüs hərəkətləri icra olunmalıdır. Növbələşdirilmiş şəkildə dərindən və normal nəfəs alınması və verilməsi.
- Mədə-bağırsaq sisteminin motor və sekretor funksialarının bərpası üçün – xəstə əgər mümkündürsə oturaq və ya yarım oturaq vəziyyətə gətirilməli, qarın boşluğunun genişləndirilmə və sıxılması şərti ilə qarının ön divarı əzələlərinə yığıcı və açıcı hərəkətlər verilməlidir.