Elektroforez

Elektroforez

Elektroforez – müalicəvi maddələrin eletrik sahəsi təsirində nelektrodların üzərindən dəri (terapiya, nevrologiya, travmatologiyavə s.) və ya selikliqişalardan (stomatologiya, qulaqburunboğaz, ginekologiyavə s.) sorularaq fizioloji və patoloji proseslere bir basha təsiredir. Elektrik sahəsi eyni zamanda sinir reflector və humoral təsir göstərir.

Prosedur zamanı insanın bədəninin müəyyən sahələrinə dərmanda isladılmış parça (xaricdə daha tez-tez gel şəklində dərmanlar istifadə olunur), üzərinə qoruyucu qat (yumşaq parça) və bu bunun üzərinə isə elektrodlar qoyulur. Apparat elektrik səhə əmələ gətirir və bu elektrik sahədə dərmanın ionları hərəkət etməyə başalayır.

Bu prosedur digər üsullarla da həyata keçirilir (xüsusi vannalar istifadə oluna bilər və s.). Bəzən dərman orqanizmə oral (ağızdan), damardaxili və ya əzələdaxili yeridilir və sonra xəstə sahəyə elektrodlar qoyulur (xüsusilə nəfəsalma sistemi xəstəlikləri zamanı istifadə olunur).

Prosedur 10 dəqiqədən 30 dəqiqəyə kimi davam edə bilər, müalicə kursu 10-20 seans təşkil edə bilər. Seanslar hər gün və ya bir gündən bir keçirilir. Müalicə kursu qurtardıqdan 2-3 ay (bundan tez yox) sonra müalicəni təkrar etmək olar. Elektroforez orqanizmə iltihabəleyhinə, ağrısızlaşdıran təsir edir, əzələləri boşaldır, mübadilə prosesləri normallaşdırır, müxtəlif orqan və toxumaların qidalanmasını yaxşılaşdırır və s..

Dərman preparatların elektroforez vasitəsilə orqanizmə çatdırılmasının müxtəlif üstünlükləri var: dərman orqanizmə daha uzun müddət ərzində təsir edir və daha gec orqanizmdən çıxarılır, dərman məhz lazım olan sahəyə çatdırılır, yanaşı təsirlərin riski azdır, prosedur tam ağrısızdır, dərinin tamlığı pozulmur və s.

Elektroforez zamanı istifadə olunan dərmanların dozaları çox kiçikdir. Lakin bu effektli müalicə üçün tam kifayyət edir. Əgər dərman bu dozada peroral (ağızdan), damardaxili və ya əzələdaxili vasitəsilə orqanizmə daxil edilərsə, bu dərman lazım olan müalicəvi effekt verməyəcək. Elektrik cərəyan dərmanın aktivliyini artırır və bu səbəbdən dərman effektli müalicə üçün daha az dozalarda istifadə oluna bilər.

Elektroforez həm müalicəvi, həm də profilaktik vasitə kimi istifadə olunur.

Elektroforez bu kimi xəstəliklər zamanı geniş istifadə olunur:

  • ürək-damar sistemi xəstəlikləri,
  • ateroskleroz,
  • hipertoniya,
  • hipotoniya,
  • cərrahiyyə əməliyyatlardan, travmalardan, iltihablardan sonra əmələ gəlmiş çapıqların, bitişmələrin müalicəsində,
  • yanıqların müalicəsində,
  • oynaqlar və sümüklər patologiyaları zamanı (artrit, poliartrit, osteoxondroz, onurğa sütunu protruziyaları və yırtıqları),
  • LOR xəstəlikləri zamanı (tonzillit, haymorit, otit),
  • qadın cinsiyyət sistemi iltihabları və xəstəlikləri zamanı (endoservisit, endometrioz, endometrit, kolpit, uşaqlıq boynu eroziyası),
  • prostatit, sistit, pielonefrit zamanı,
  • xroniki bronxitin müalicəsində,
  • sinir sistemi patologiyaları (radikulit, nevralgiya və s.), yuxu pozulmaları, nevroz, miqren,
  • vətərlərin gərilməsi və zədələnməsi, ödemlər, ağrı sindromu,
  • ağız boşluğu və dişlərin iltihabları və s.
  • pediatriyada elektroforez geniş istifadə olunur.

Elektroforez adətən müxtəlif xəstəliklərin kompleks müalicəsində (digər müalicə üsullsrı ilə yanaşı) istifadə olunur və sağalmanı sürətləndirir. Profilaktik məqsədi ilə istifadə olunduqda, elektroforez müstəqil şəkildə istifadə oluna bilər. Elektroforezuşaqlarda və böyüklərdə xroniki tonzillit (angina), xroniki haymorit, xroniki bronxit və s. xəstəliklərin profilaktikasında ən təsirli vasitələrdən biri sayılır.

Elektroforez zamanı müalicənin məqsədindən asılı olaraq bu kimi dərman preparatları istifadə oluna bilər: brom, lidaza, yod, maqnezium-oksid, adrenalin, papaverin, C, B1 vitaminləri, kalsium, kalium, nikotin turşusu, novokain, antibiotiklər, eufillin və s.

Elektroforez seansları həkim-fizioterapevt tərəfindən həyata keçirilir. Məhz fizioterapevt istifadə olunan dərmanı, onun dozasını, seansların sayını və s. müəyyən edir.

Elektroforezin müəyyən əks-göstərişləri var:

  • şiş xəstəlikləri,
  • ürək çatışmazlığı,
  • yüksək hərarət,
  • kəskin iltihablar,
  • ekzema, dermatit,
  • elektrodlar qoyulan yerdə yaraların, kəsiklərin olması,
  • elektrik cərəyana qarşı dözümsüzlük,
  • istifadə olunan dərman preparatına qarşı allergiya.

Elektroforez
Tortikollis

Uşaqlarda Tortikollis (Əyri Boyun)

Uşaqlarda Tortikollis Tortikollis sözün əsl mənasında əyri boyun deməkdir və bir çox səbəbə görə inkişaf edə bilər. Ən çox görülən boyun əyriliyi “doğuşdan əzələ mənşəli

Ortopedik Reabilitasiya

Ortopedik Reabilitasiya

Ortopedik Reabilitasiya Xəstəlik, qəza, duruş korlanmaları və s. ağrı və ya müxtəlif məhdudiyyətlər səbəbindən normal hərəkət fəaliyyətimiz pozulduqda həkimə müraciət edirik. Düzgün diaqnoz və müalicə

Onurğa Cərrahiyyəsi

Onurğa Cərrahiyyəsi

Onurğa hansı hissələrdən və strukturlardan ibarətdir? Onurğa Cərrahiyyəsi | Onurğa; Boyundan (servikal), kürəkdən (trokal) beldən (lomber),omadan (sakrum) və büzdümün (koksiks) yuxarıdan aşağı hissələrə doğru ayrılan və

Vitaminlər

Vitaminlər

Vitaminlər. Vitamin nədir ? Bədənimizə  lazım olan vitaminlər , dəri xəstəliklərinin aradan qaldırılmasından tutmuş maddələr mübadiləsinin tənzimlənməsinə, qan hüceyrələrinin istehsalından sümük inkişafına qədər bədənin fəaliyyətinin

Duruş Korlanmaları

Duruş Korlanmaları

Duruş Korlanmaları Duruş bədənimizin ayaq üstə durarkən, oturarkən və yatarkən aldığı pozisiyadır. Duruşumuzu onurğa, çanaq , qol və ayaq sümüklərimizin sıralanması və duruş əzələlərimizin  (xüsusilə

“Akuşer” iflici

Travmatik pleksit (“Akuşer” iflici)

“Akuşer” iflici öz adını etioloji amildən – doğuş zamanı mamanın (akuşerin) səhv müdaxiləsindən götürmüşdür.                                                                          “Akuşer” iflici – səbəbləri “Akuşer” iflicləri uşaq doğuş yollarından keçən zaman

Üz siniri iflici

Üz siniri iflici

Üz siniri iflici Üz siniri iflici – Üz sinirinin anatomiyası və funksiyası ilk dəfə olaraq 1800-cü illərdə Ser Çarlz Bell tərəfindən tanımlanıb. Bell iflici üz

Osteoporoz nədir? Necə Təşhis olunur?

Osteoporoz nədir? Necə diaqnoz qoyulur?

Osteoporoz nədir? Necə diaqnoz qoyulur? Osteoporoz nədir? Sümük əriməsi olaraq da bilinən Osteoporozun digər bir mənası da süngərimsi (gözənəkli) sümük deməkdir. Sümüklərin içərisində boşluqlar yaranaraq

Fibromialgiya nədir?

Fibromialgiya nədir?

Fibromialgiya nədir? Fibromialgiya geniş yayılmış bir xəstəlik olmasına baxmayaraq, sadəcə  xəstələrinin 1/3-də diaqnoz edilə bilər. Fibromialgiya sindromu diffuz əzələ ağrıları və zəiflik ilə ortaya çıxan

Bell iflici

Bell iflici

Bell iflici – Üz sinirinin anatomiyası və funksiyası ilk dəfə olaraq 1800-cü illərdə Ser Çarlz Bell tərəfindən tanımlanıb. Bell iflici – Üz sinirinin (nervus cranialis

Menisk Yaralanması

Menisk Yaralanması

İdmançıların tez-tez qarşılaşdıqları problemlərdən biri olan Menisk yırtığı (Menisk Yaralanması) gündəlik həyatda bir çox insanın başına da gələ bilər. Ağır yük daşıyanlar, daim ayaq üstdə

Limfa ödəmi

Limfa Ödəmi

Limfa ödəmi nədir? Limfa ödəmi, bədəndəki limfa dövranının pozulması səbəbindən qol və ya ayaqda proteinlə zəngin limfa mayesinin yığılmasına verilən addır. Limfa dövranı nə edir?

Lateral Epikondilit

Lateral Epikondilit

Lateral Epikondilit “Tennisçi dirsəyi” kimi də tanınır. Dirsəyin arxa tərəfində əzələ-vətərin sümüyə yapışdığı yerdə ağrılı bir vəziyyətdir. Vətərlər əzələni sümüyə bağlayır. Lateral epikondilit xəstəliyində vətər

Kubital Tunel Sindromu

Kubital Tunel Sindromu

Kubital tunel sindromu nədir? Kubital tunel sindromu, ulnar sinirin dirsəyi keçdiyi yerdə sıxılması nəticəsində yaranan narahatlıqdır. Ulnar sinir onurğamızdan çıxır, əllərimizdəki bəzi əzələləri aktivləşdirir ,çeçələ

De Quervain Tendiniti

De Quervain Tendiniti

De Quervain Tendiniti – İlk dorsal bölmə tendiniti olaraq bilinən bu xəstəlik, baş barmağa aid olan əl biləyi tendonlarının gərginliyi və iltihabı səbəbiylə inkişaf edən

Bel ağrıları

Bel Ağrıları

Bel ağrıları ən çox rast gəlinən şikayətlərdən biridir. Dünya əhalisinin 80%-i həyatlarında bir dəfə də olsun bel…

Boyun ağrıları

Boyun ağrıları

Boyun ağrıları son illərdə müasir cəmiyyətin əsas problemlərindən biri olmuşdur.

Çiyin Ağrıları

Çiyin Ağrıları

Bazu oynağı orqanizmin ən hərəkətli və bir çox istiqamətə hərəkət imkanları olan oynaqlardan biridir.

Oynaq Ağrıları

Oynaq Ağrıları

Artralgiya oynağın istənilən xəstəliyi nəticəsində inkişaf edən oynaq ağrılarıdır. Daha çox xəstəlik çanaq-bud, diz, çiyin…

Skolioz ağrıları

Skolioz ağrıları

Birinci dərəcəli ailə üzvlərində skolioz xəstəliyinin olması uşaqlarda da xəstəliyin görülmə riskini artırmaqdadır.

ONLİNE QƏBULA YAZIL

Mərkəzimizə gəlmədən əvvəl, online qəbula yazılmanız tövsiyyə olunur.

24/7/365

İlin istənilən günü və saatı Sizə xidmət etməkdən məmnunuq.

PEŞƏKAR PERSONAL

Təcrübəli və peşəkar personalımıza etibar edə bilərsiniz.

Ünvan: Ə.Salamzadə 593, Bakı, Azərbaycan

Tel: (+994 12) 409 06 66 ; (+994 12) 432 87 88

Mob: (+994 50) 303 06 66 ; (+994 55) 444 07 88

2019 -2021 © BAKI BƏRPA MƏRKƏZİ. Müəllif hüquqları qorunur.