Maqnit terapiyası
Maqnit terapiyası – Sabit və dəyişkən alçaqtezlikli maqnit sahəsi ilə müalicə metodudur. Terapiyasının bir neçə növü var – yerli olaraq maqnit applikasiyalarının qoyulması, energetik kanallar vasitəsiylə müalicə, stasionar maqnit çarpayısı və s. Bu terapiya – oqranizmin ümumi vəziyyətinin yaxşılaşması, immunstimulaytor effekti, ağrının azalması üçün, nevrozların, stressin, depressiyanın müalicəsində, periferik qan dövranının yaxşılaşmasında müalicənin bir qolu kimi təyin olunur. Dozalanmış Maqnit sahəsi arterial təzyiqin stabilləşməsinə yardımçı olur. Bəzi xəstəliklərin profilaktikasında maqnit sahəsinin təsiri əvəzolunmazdı:
- Xroniki ağrılar (miqren, ferqli mənşəyi olan oynaq ağrıları, çətin sağalan yaralar, daxili orqanların xəstəliklərində, aybaşi ağrıları)
- Hipertoniya xəstəliyinin profilaktikası
- Nevrozabənzər hallar (stress, depressiya, diqqət pozulması, hədsiz yorğunluq, əmək fəaliyyətinin azalması, huşsuzluq)
Fasiləsiz və ya fasiləli rejimlərdə, sabit və ya dəyişən aşağı tezlikli maqnit sahəsi (müvafiq olaraq, SMS və ya DəMS) vasitəsi ilə təsirdir. MS-in təsiri əsasında qanın hüceyrə və qeyri-hüceyrə komponentləri, onun laxtalandırıcı sistemi və damarların endotelisi (prostoqlandinlərin sintezi), oksidləşdirici-bərpaedici proseslərin dəyişillməsi, neyro-endokrin sisteminin bəndlərində yenidən qurma – endokrin vəzilərinin– hədəflərin (hormonların ifrazı), metabolik reaksiyaların aktivləşməsi, auto-anticisimlərin səviyyəsinin artması, qanın reoloji xüsusiyyətlərinin dəyişilməsi, mikrosirkulyasiyanın yaxşılaşması dayanır.
Fasiləsiz və ya fasiləli rejimlərdə, sabit və ya dəyişən aşağı tezlikli maqnit sahəsi (müvafiq olaraq, SMS və ya DəMS) vasitəsi ilə təsirdir. Maqnit terapiyasının fiziki və fizioloji təsiri
- elektiriki hərəkət etdirən qüvvənin işə salınması;
- bioloji sistemlərdə bir sıra sərbəst-radikal kimyəvi reaksiyaların axınına və membranlarda lipidlərin peroksid oksidləşməsi proseslərinə təsir;
- həcmli elektrik enerjilərə təsir – onların sovrulması və elektrik enerjisinin mexanik enerjiyə keçirilməsi;
- kimyəvi reaksiyaların sürətinə təsir edən elektron keçidlərin ehtimalının dəyişilməsi (dəmir, mis, manqan ionları sistemlərinin nəzərə alınması ilə).
SMS və DəMS qeyri-istilik kvant-mexaniki təsiri.
MS-in təsiri əsasında qanın hüceyrə və qeyri-hüceyrə komponentləri, onun laxtalandırıcı sistemi və damarların endotelisi (prostoqlandinlərin sintezi), oksidləşdirici-bərpaedici proseslərin dəyişillməsi, neyro-endokrin sisteminin bəndlərində yenidən qurma – endokrin vəzilərinin– hədəflərin (hormonların ifrazı), metabolik reaksiyaların aktivləşməsi, auto-anticisimlərin səviyyəsinin artması, qanın reoloji xüsusiyyətlərinin dəyişilməsi, mikrosirkulyasiyanın yaxşılaşması dayanır. Müalicəvi təsir:
- iltihaba qarşı,
- şişə qarşı,
- ağrıkəsici,
- reparativ,
- hipotenziv.
Əgər göstərilən simptomları özünüzdə hiss edirsinizsə dərhal həkimə müraciət edin.
Bakı Bərpa Mərkəzi | Fizioterapiya Mərkəzi | Reabilitasiya Mərkəzi | Fizioterapiya və Reabilitasiya Mərkəzi |
Sağlamlığınızı bizimlə bərpa edin!