LOR – Qulaq Burun Boğaz

Otorinolarinqologiya ( LOR ) – qulaq, burun, boğaz (udlaq, qırtlaq, traxeya) xəstəliklərini öyrənir və onların müalicə-profilaktikası ilə məşğul olur. Bu orqanların hər üçünün bir ad altında birləşdirilməsinin səbəbi onların anatomik yaxınlığı ilə bağlıdır.

Aşağıda qeyd olunan xəstəliklər LOR xəstəliklərinə aiddir:

  • Adenoid
  • Faringit, laringit, traxeit
  • Burun çəpərlərinin əyriliyi
  • Kəskin və xroniki rinitlər
  • Allergik və vazomotor rinitlər
  • Sinusit
  • Xarici otit
  • Daxili otit
  • Neyrosensor ağıreşitmə
  • Angina
  • Tonzilit
  • Menyer xəstəliyi və s.

LOR xəsətliklərinin simptomları:

  • Burun tənəffüsünün çətinləşməsi
  • Burunətrafı hissədə təzyiq hissi
  • Qaşüstü və yanaq nahiyədə şişkinlik
  • İybilmə qabiliyyətinin azalması və ya tamamilə itməsi
  • Burundan ifrazatın axması
  • Burunda quruluq
  • Eşitmənin azalması və ya tam itməsi
  • Qulaqda küy
  • Baş ağrıları və ya baş gicəllənmələri
  • Qulaqdan ifrazatın axması
  • Öskürək
  • Səsin batması və ya xırıltılı olması
  • Boğazda qıcıqlanmalar
  • Çənəaltı limfa vəzilərinin böyüməsi və ya ağrılı olması

LOR-xəstəliklərinin diaqnostikası:

  • Endoskopik
  • Ultrasəs
  • Laborator üsullarla aparılır

Haymorit (sinusit) yuxarı çənənin burunətrafı (haymor) boşluqlarda inkişaf edən iltihabi xəstəlikdir. Zökəmin vaxtında müalicə olunmaması, soyuqdəymələr, xəstə dişlər, skarlatina, burun çəpərinin əyriliyi, burun boşluğunun anadangəlmə qüsurları, qrip və digər infeksion xəstəliklərin fəsadları haymoritə səbəb ola bilər. LOR – Qulaq | Burun | Boğaz

Hər hansı bir infeksiyanın olması haymoritin yaranmasına təkan verir. Bu zaman bakterial və ya virus infeksiyası burun boşluğundan, həmçinin qandan daxil olaraq, güclü iltihabi proses yaradır və haymoritin inkişafı başlanır.

Haymoritin diaqnostikası burun boşluğuna baxış, burunətrafı boşluqların rentgen şəkli və ya kompüter tomoqrafiyası əsasında aparılır. Haymor boşluğunun selikli qişasının inkişaf edən iltihabi proses nəticəsində şişməsi, haymor boşluğundan burun boşluğuna gedən keçidin tədricən bağlanması, boşluqda selik yığılmasına görə təzyiqin artması nəticəsində ağrılar baş verir.

Seliyin xaric olmasının pozulması

Seliyin xaric olmasının pozulmasına görə o, baş ağrısı, yüksək hərarət, ümumi halsızlıq yaradan toksinləri ifraz edən bakteriya və virusların inkişafı üçün qidalı mühitə çevrilir. İltihab və axıntının mümkünsüzlüyünə görə selik tədricən irinə çevrilir. İrinin konsistensiyası qatı olduğuna görə onun xaric olması bəzən problemli olur.

Əgər vaxtında prosesin qarşısı alınmasa və adekvat müalicə aparılmasa iltihab qonşu nahiyələrə keçdiyi üçün göz çuxurunun fleqmonası, meningit və iltihabın yuxarı çənə sümüklərinə keçməsi kimi ciddi fəsadlar yarada bilər.

Haymoritin müalicəsi burunun selikli qişasının ödeminin aradan qaldırılmasından və haymor boşluğu ilə burun boşluğu arasında keçidin bərpa olunmasından ibarətdir. Bu, boşluq ifrazatın xaric olmasını bərpa etməyə və iltihabın yayılmasının qarşısını almağa imkan verir. Selikli qişanın ödemini aradan qaldırmaq üçün, sprey, damcı və aerozol formasında buraxılan müxtəlif preparatlar istifadə olunur.

Bu qrup preparatlar damar daraldan təsirə malikdir və ödemi aradan qaldırmağa kömək edir. Xəstəliyin ağırlığından və mərhələsindən asılı olaraq, 7 gündən 10 günə qədər antibiotiklər, antibiotiklərlə eyni vaxtda, selikli qişanın ödemini azaltmağa kömək edən, antihistamin preparatlar qəbul olunur. Aparılan dərman terapiyası ilə paralel, immuniteti gücləndirən, iltihabı azaldan, ifraz olunan irinin daha yaxşı xaric olunmasına kömək edən, homeopatik preparatlar da istifadə oluna bilər.

Güclü ağrı sindromu, həmçinin normadan artıq irin ifrazı zamanı, haymor boşluqlarının “yerdəyişən maye” üsulu ilə yuyulması təyin edilir. Yuyulma üçün antiseptik məhlullardan istifadə olunur və burunətrafı boşluqlara ultrayüksək gərginlikli təsir, burun boşluğunun ultrabənövşəyi şüalanması, iltihabın nəticələrinin aradan qaldırılması və aparılan dərman terapiyasının effektinin gücləndirilməsi üçün lazer terapiyası kimi müxtəlif fizioloji prosedurlar aparılır.

Haymorit xəstələri

Haymorit xəstələri arasında belə bir fikir var ki, haymor boşluğunu bir dəfə deşəndə və ya punksiya edəndə gələcəkdə onu vaxtaşırı requlyar etmək lazım olacaq. Lakin bu həqiqətə uyğun deyil və məhz boşluqda qalan irin gələcəkdə xəstəliyin residivlərinə səbəb ola bilər. Deşilmə əslində ona görə edilir ki, haymor boşluğundan irin xaric olsun, boşluq antiseptik məhlulla yuyulsun, antibiotiklər və iltihab əleyhinə dərmanlar yeridilsin.

Prosedur zamanı xoşagəlməz hissiyatlar onun yüksək effektivliyi ilə tam kompensasiya olunur. Yalnız bir prosedurdan sonra artıq pasient əhəmiyyətli yaxşılaşma hiss edir və sağalma gedir. Haymoritin tez və effektiv müalicəsi üçün özünümüalicə ilə məşğul olmaq yox, mütləq LOR həkiminə müraciət etmək lazımdır.

Xroniki tonzillit

Xroniki tonzillit – ocaqlı infeksiyanın damaq badamcıqlarında yerləşərək, xroniki iltihabı proses yaratdığı ümumi infeksion xəstəlikdir. Buna görə də xroniki tonzillitin səbəbi autoinfeksiya, yəni şəxsi infeksiya olur, onu saxlayan amil isə immunitetdir. Uşaqlarda virus infeksiyası çoxluq təşkil edir. Xroniki tozillit həmdə angina kimi yoluxucu xəstəlikdir.

Xəstə insanın mikroflorası yüksək aktivliyə malikdir. Buna görə də valideynlər də uşaqların yoluxma mənbəyi ola bilər. Xroniki tonzillit çox vaxt keçirilmiş anginadan sonra inkişaf edir. İnkişaf nəticəsində iltihab prosesi gizli davam edərək, xroniki prosesə keçir. Lakin bir sıra hallarda xroniki tonzillit qabaqca angina olmadan yaranır.

Xəstəlik zamanı insanlar zəiflikdən, tez yorulmaqdan, halsızlıqdan, baş ağrısından, yüksək hərarətdən şikayətlənir. Çox vaxt bu əlamətlər anginaya da xas olur. Müalicə də buna görə oxşar təyin oluna bilər. Bütün bunlar orqanizmin tonzillogen intoksikasiyasından və allergizasiyasından irəli gəlir. Yerli əlamətlərdən əsas şikayətlər udma zamanı boğaz ağrısından, ağızda çürümə iyindən, quru öskürəkdən, tez-tez olan anginalardan, böyümüş və ağrılı regionar limfa düyünlərindən olur. LOR – Qulaq | Burun | Boğaz

Otit – orta qulağın iltihabıdır.

Qulaq – yalnız, qulaq seyvanından, xarici qulaq keçidindən və onu orta qulaqdan ayıran, təbil pərdəsindən ibarət xarici qulaqdır.

Orta qulaq – içində, səs dalğasını daxili qulağa ötürən sümük mexanizmi xırdaca boşluqdur.

Daxili qulaq – səs dalğalarını beyinə gedən impulslara çevirir.

Qulaq ağrısı, xarici qulaq keçidindən irinli ifrazat, həmçinin yüksək hərarət-kəskin irinli orta otitin, yəni orta qulağın iltihabının əlamətləridir. Adətən xəstəlik, atıcı (döyüntülü) kimi təzahür oluna bilən ağrıdan başlayır (hələ danışa bilməyən uşaqlar, ağrı qəfil güclənən zaman ağlayır və, azalan zaman sakitləşirlər). Hərarət yüksəlir və 1-3 gündən sonra qulaqdan irin ifraz olunur. Adətən bu zaman xəstənin vəziyyəti yaxşılaşır, hərarət enir, ağrı bir qədər sakitləşir və ya tamamilə yox olur. İrinin axması onun təbil pərdəsini deşib keçməsi ilə bağlıdır. Aparılan müalicənin fonunda pərdədəki yarıq bitişir, eşitmə qabiliyyəti pozulmur.

Lakin həmişə belə olmur. Bəzən irin çıxış tapmır ki, bu da infeksiyanın daxilə, kəllə-beyin boşluğuna yayılması ilə nəticələnir. Bu halda, meningit və beyin absessi inkişaf edə bilər. Məhz buna görə otitin ilk əlamətləri yarandıqda, müalicəni vaxtında başlamaq üçün LOR həkiminə müraciət etmək lazımdır.

Əgər göstərilən simptomları özünüzdə hiss edirsinizsə dərhal həkimə müraciət edin.

Bakı Bərpa Mərkəzi | Fizioterapiya Mərkəzi | Reabilitasiya Mərkəzi | Fizioterapiya və Reabilitasiya Mərkəzi |

Sağlamlığınızı bizimlə bərpa edin!

Lor Qulaq Burun Boğaz
Fizikoterapiyada ultrasəs

Fizioterapiyada ultrasəsdən istifadə

Ultrasəs yalnız hamiləlik zamanı deyil, həm də bir çox tibbi prosedurlar üçün istifadə edilən görüntüləmə üsuludur. Diaqnostik ultrasəs və hamiləlik görüntüləməsindən başqa, ultrasəs fiziki terapiyası

Limfa drenajı nədir? Faydaları

Limfa drenajı nədir? Faydaları

Limfa Drenajı qan dövranı sistemi kimi mayenin hərəkətliliyini təmin edən, lakin ürək kimi mərkəzi nasosu olmayan limfa drenaj sistemidir. Limfatik Drenaj sisteminin sağlam işləməsi sayəsində insan

Miostimulyasiya

Miostimulyasiya ilə əzələ gücünüzü artırın

EMS (Elektro- Miostimulyasiya) məşqi, elektrik stimullaşdırılması vasitəsilə əzələləri işləyən bir məşq formasıdır. Bu məşq texnikası əzələlərin daha effektiv işləməsinə imkan verir və əzələ gücünü artırmağa

Zərbə-dalğa terapiyası

Zərbə-dalğa terapiyası

Zərbə-Dalğa Terapiyası müvafiq nahiyədə qan axını gücləndirir və bu nahiyənin aktivliyini artıraraq sağalma prosesinin sürətlənməsinə töhfə verir. Ümumiyyətlə ortopedik pozğunluqlar üçün istifadə edilən Zərbə Dalğası

Evdə Qulluq və Sağlamlıq Xidmətləri

Evdə Baxım və Sağlamlıq Xidmətləri

Evdə Baxım və Sağlamlıq Xidmətləri ilə müalicəsini evdə davam etdirmək istəyən xəstələrə, doğuşdan əvvəl və doğuşdan sonrakı dəstəyə ehtiyacı olan analara, yaşlılar və qayğıya ehtiyacı

Parkinson Reabilitasiyası

Parkinson Reabilitasiyası nədir?

Parkinson xəstəliyi beyin hüceyrələrinin itirilməsi ilə irəliləyən bir beyin xəstəliyidir. Bu, 65 və yuxarı yaşda olan insanların 1-2%-də baş verən mütərəqqi nevroloji xəstəlikdir. Xəstələrin təxminən

Fizioterapiya xidmətlərində fərdi yanaşma

Fizioterapiya xidmətlərində fərdi yanaşma

Reabilitasiya prosesinin ümumi məqsədi ən yüksək həyat keyfiyyəti ilə mümkün qədər müstəqil yaşamaqdır. Fizioterapiyanın əsas məqsədi ilk növbədə xəstənin əvvəlki funksiyasını bərpa etmək və ya

Artroskopiya nədir və necə aparılır?

Artroskopiya nədir və necə aparılır?

Artroskopiya sözü oynağın içərisinə baxmaq deməkdir. Fiberoptik cihazlar (kamera və işıq sistemləri) vasitəsilə oynaqların daxili hissəsi vizual olaraq yoxlanılır. Bu sayədə oynaqdaxili toxumalarda olan xəstəliklər

Reabilitasiyanın növləri

Reabilitasiya növləri

Reabilitasiya insanın sağlamlığını, funksionallığını və ya həyat keyfiyyətini yaxşılaşdırmaq üçün istifadə edilən bir sıra müalicə və prosesləri əhatə edən bir termindir. Reabilitasiya ümumiyyətlə xəstəlik, zədə və ya

Evdə Fizioterapiya Xidməti

Evdə Fizioterapiya Xidmətinə nələr daxildir?

Evdə fizioterapiya xidməti nevroloji xəstəliklər, kəskin və xroniki ortopedik pozğunluqlar və uşaq xəstəlikləri üçün fizioterapevtlər tərəfindən ev şəraitində xəstələrə həkimlər tərəfindən uyğun hesab edilən müalicənin

Evdə oksigen avadanlıqları

Evdə oksigen avadanlıqlarına ehtiyacınız var?

Oksigen balonu həkimlərin qanında oksigen səviyyəsi aşağı olan xəstələrə tövsiyə etdiyi müalicə üsullarından biridir. Evdə tibbi xidmət zamanı Oksigen terapiyası həkimin təyin etdiyi tezlikdə və

Evdə Sağlamlıq Baxımının faydaları

Evdə Tibbi Xidmətin faydaları

Evdə tibbi xidmət – xəstəlik, zədə və ya tibbi vəziyyəti müalicə etmək və ya idarə etmək məqsədilə tibb bacıları, terapevtlər və köməkçilər də daxil olmaqla

Demansın müalicəsi

Demansın müalicəsi

Demans sözü latınca ağıl mənasını verən mens sözündən götürülüb. Demans ağlın itirilməsi deməkdir. Ancaq demanslar, xüsusən də Alzheimer demensiyası birdən-birə baş vermir, simptomlar tədricən görünür

Niyə bu qədər yorğunuq?

Niyə bu qədər yorğunuq?

Yorğunluğun həyatımızın ayrılmaz hissəsinə çevrildiyi şübhəsizdir. Bir tərəfdən həyatın sürətlənməsi, mürəkkəb münasibətlər və həyat tərzi dəyişiklikləri, getdikcə artan stress, yuxusuzluq, qida çatışmazlığı, hərəkətsizlik səbəbindən bədənimizin

evdə serum xidməti

Serum nədir və niyə tətbiq olunur?

Bəzi hallarda insan xəstəliyi səbəbindən xəstəxanada vaxt keçirmək istəməyə bilər və ya bu barədə tərəddüd edə bilər. Bu tərəddüd və narahatçılıq evdə serum xidmətinin seçimində

Tomatis metodu

Tomatis metodu nədir, necə işləyir?

Tomatis Metodu beyni effektiv və təbii şəkildə stimullaşdırır. Bu, tibbi müalicə və klassik terapevtik üsulların istifadəsi zamanı əlavə bir vasitədir. Tomatis metodu çərçivəsində tətbiq edilən

Loqoped

Loqoped problemləri

Doğru və gözəl nitq insanın hərtərəfli inkişafı üçün ən vacib şərtlərdən hesab olunur. Müxtəlif səbəblərdən meydana çıxan hər hansı bir nitq qüsuru zamanla fəaliyyət, davranış

ONLİNE QƏBULA YAZIL

Mərkəzimizə gəlmədən əvvəl, online qəbula yazılmanız tövsiyyə olunur.

24/7/365

İlin istənilən günü və saatı Sizə xidmət etməkdən məmnunuq.

PEŞƏKAR PERSONAL

Təcrübəli və peşəkar personalımıza etibar edə bilərsiniz.