Polifenol nədir?

Polifenollar hər molekulda birdən çox fenol qrupu olan birləşmələrdir. Polifenollara bitkilərdə rast gəlinir. Antioksidant xüsusiyyətlərinə görə insan sağlamlığına mümkün faydaları var. Antioksidant polifenolların oksidləşdirici stressi azaltması səbəbindən ürək-damar xəstəlikləri və xərçəng risklərini də azaltdığına dair sübutlar var. Bu birləşmələrin Alzheimer xəstəliyinin başlanğıcını gecikdirdiyi də sübut edilmişdir.

Polifenol rast gəlinən bitkilərdən qarağat, böyürtkən, moruq, çiyələk, paxlalılar, yerfıstığı, yaşıl çay, turşusuz zeytun yağı, kakao, gavalı, armud, albalı, nar, üzüm, alma, portağal, tərəvəzlərə isə brokoli, kələm, cəfəri və soğan kimi meyvə və tərəvəzlər daxildir. Arı südü, bal, polen və bütün növ taxıllar polifenolların alternativ mənbələridir.

Polifenollar antioksidant olaraq insan orqanizmində müxtəlif səbəblərdən əmələ gələn sərbəst radikalları təmizləmək qabiliyyətinə malikdir. Polifenolların qan itkisinin qarşısının alınması və qanaxmanın dayandırılması təsiri də öyrənilmişdir. Polifenol sağlamlıq faydaları ilə tanınan üzvi birləşmə növüdür. Tərəvəz, meyvə və tam taxıl kimi fitokimyəvi maddələrlə zəngin bitki qidalarının istehlakı sağlam həyat üçün vacibdir. Fitokimyəvi maddələrin tərkibindəki birləşmələrdən biri, yəni fitonutrientlər polifenollardır. Bu gün 8000-dən çox polifenol növü olduğu məlumdur.

Polifenolun faydaları

Bitkilərdə olan polifenolların ürəkdən xərçəngə, Alzheimer xəstəliyindən dəri xəstəliklərinə kimi xəstəliklərə faydalıdır.

Bitkilərdə iki növ maddə haqqında danışmaq olar. Birincisi, bitkinin maddələr mübadiləsi nəticəsində əmələ gələn və böyümə və hüceyrə prosesləri üçün zəruri olan maddələrdir, bunlara ilkin metabolitlər deyilir. İkinci dərəcəli metabolitlər isə adətən çox az miqdarda istehsal olunan və bitki üçün həyati əhəmiyyət kəsb etməyən acı və zəhərli maddələrdir. Bu maddələr bitkinin istilik, ultrabənövşəyi şüalar, böcəklər, quşlar və insanlar kimi müxtəlif təhlükələrdən kimyəvi müdafiəsini təmin edir.

Polifenollar və ya biofenollar adlanan fenolik maddələr bitkilərdə ikinci dərəcəli metabolitlərə yaxşı nümunədir. Demək olar ki, bütün bitkilərdə müxtəlif ölçülü fenolik maddələr var, onların ümumi cəhəti ən azı bir fenol qrupunun olmasıdır. Bunların insanlar üçün ən çox vurğulanan xüsusiyyətləri antioksidan xüsusiyyətləridir. Antioksidant, adı ilə, oksidləşməni dayandıran və ya ən azından yavaşlatan deməkdir. Bu maddələr, digər funksiyaları ilə yanaşı, bitkidə həddindən artıq oksidləşmənin qarşısını alır.

Xurmada olan kaxetin və polifenollar iltihabönləyici və antinakterial xüsusiyyətlərə malikdir. Faydalı tərkibi sayəsində meyvə qrip və soyuqdəymə kimi mövsüm xəstəliklərindən orqanizmi müdaifə edir.

Partladılmış qarğıdalı insan orqanizmi üçün xeyirlidir, uşaqların boyunun uzanmasına və böyüklərin gözəl bədən quruluşuna sahib olmasına kömək edir, tərkibində olan polifenollar faydalı antioksidant olduğundan bir bağlama popkorn yemək 300 qram quru meyvə yeməkdən də üstün hesab oluna bilər.  Tərkib etibarilə yüksək miqdarda olan polifenol maddəsi partladılmış qarğıdalını bir sıra meyvə və tərəvəzdən də vacib edir.

Yemişan tərkibindəki polifenollar sayəsində dərinin struktur və funksiyasına da təsir edir. Onu ultrabənövşəyi şüaların təsirindən və dərini qocalmaqdan qoruyur.

Şokoladın tərkibindəki polifenollar və flavonoidlər qan təzyiqinin aşağı düşməsində böyük rol oynayır. Qanın laxtalanmasının və aterosklerozun qarşısını alaraq aşağı təzyiqi və damar sağlamlığını qoruyur. Beləliklə, şokolad ürək-damar sisteminin sağlamlığına böyük töhfə verir. Şokoladın tərkibindəki polifenollar və teobrominlər sayəsində, pis xolesterinin səviyyəsi aşağı düşür. Eyni zamanda bu maddələr yaxşı xolesterinin səviyyəsini də artırır. Beləliklə damar sağlamlığı da qorunur.

Mütəxəssislər albalının ürəyin fəaliyyətinə müsbət təsir göstərən kalium və polifenollar sayəsində faydalı olduğunu qeyd edirlər. Bundan əlavə, albalı yuxusuzluqdan yaxa qurtarmaq üçün təsirli bir vasitə ola bilər.

Polifenol nədir
Kifoz

Kifoz

Kifoz onurğanızın həddindən artıq irəli əyilməsidir. Bu vəziyyət əyilmiş kimi irəli əyilməyə səbəb ola bilər. Bu, bel ağrısı və sərt əzələlərə səbəb ola bilər. Qeyri-cərrahi

Skolioz: Onurğa əyriliyi və onun müalicəsi

Skolioz: Onurğa əyriliyi və onun müalicəsi

Skolioz nədir? Skolioz onurğada yan əyriliyin yaranması ilə xarakterizə olunan ortopedik problemdir. Bu patologiya həm uşaqlarda, həm də böyüklərdə rast gəlinir və vaxtında müalicə olunmadıqda

Serebral Palsi (Spastik iflic) reabilitasiyası

Serebral Palsi (Spastik iflic) reabilitasiyası

Serebral Palsi (SP) beyin inkişafının pozulması ilə əlaqəli olan, bədənin hərəkət qabiliyyətini təsir edən xroniki nevroloji bir vəziyyətdir. Bu xəstəlik adətən doğuşdan əvvəl, doğuş zamanı

Diz əzələlərinin gücünləndirilməsi

Diz əzələlərinin gücünləndirilməsi üçün effektiv yollar

Diz əzələlərini gücündürmək, hərəkət qabiliyyətinin artırılması, diz oynaqlarında sabitliyin təmin edilməsi və günlük həyat keyfiyyətinin yüksəldilməsi baxımından olduqca vacibdir. Əzələlərin gücəndirilərək dizin yükünü azaltmaq və

Osteoxondrozun müalicəsi

Osteoxondrozun müalicəsi

Osteoxondroz müasir dövrümüzdə geniş yayılan dayaq-hərəkət sistemi xəstəliklərindən biridir. Bu xəstəlik onurğanın boyun, döş və bel nahiyəsində osteoxondral toxumanın degenerativ dəyişiklikləri ilə müşayiət olunur. Əsas

Skoliozun müalicəsi Bakı Bərpa Mərkəzində

Skoliozun müalicəsi Bakı Bərpa Mərkəzində

Skolioz, onurğa əyriliyi ilə bağlı bir problemdir və bu vəziyyət uşaqlar, yeniyetmələr və böyüklər arasında yayılıb. Həmçinin, skoliozun müalicəsi çox vaxt valideynlər və xəstələr üçün

Fizikoterapiyada ultrasəs

Fizioterapiyada ultrasəsdən istifadə

Ultrasəs yalnız hamiləlik zamanı deyil, həm də bir çox tibbi prosedurlar üçün istifadə edilən görüntüləmə üsuludur. Diaqnostik ultrasəs və hamiləlik görüntüləməsindən başqa, ultrasəs fiziki terapiyası

Limfa drenajı nədir? Faydaları

Limfa drenajı nədir? Faydaları

Limfa Drenajı qan dövranı sistemi kimi mayenin hərəkətliliyini təmin edən, lakin ürək kimi mərkəzi nasosu olmayan limfa drenaj sistemidir. Limfatik Drenaj sisteminin sağlam işləməsi sayəsində insan

Miostimulyasiya

Miostimulyasiya ilə əzələ gücünüzü artırın

EMS (Elektro- Miostimulyasiya) məşqi, elektrik stimullaşdırılması vasitəsilə əzələləri işləyən bir məşq formasıdır. Bu məşq texnikası əzələlərin daha effektiv işləməsinə imkan verir və əzələ gücünü artırmağa

Zərbə-dalğa terapiyası

Zərbə-dalğa terapiyası

Zərbə-Dalğa Terapiyası müvafiq nahiyədə qan axını gücləndirir və bu nahiyənin aktivliyini artıraraq sağalma prosesinin sürətlənməsinə töhfə verir. Ümumiyyətlə ortopedik pozğunluqlar üçün istifadə edilən Zərbə Dalğası

Evdə Qulluq və Sağlamlıq Xidmətləri

Evdə Baxım və Sağlamlıq Xidmətləri

Evdə Baxım və Sağlamlıq Xidmətləri ilə müalicəsini evdə davam etdirmək istəyən xəstələrə, doğuşdan əvvəl və doğuşdan sonrakı dəstəyə ehtiyacı olan analara, yaşlılar və qayğıya ehtiyacı

Parkinson Reabilitasiyası

Parkinson Reabilitasiyası nədir?

Parkinson xəstəliyi beyin hüceyrələrinin itirilməsi ilə irəliləyən bir beyin xəstəliyidir. Bu, 65 və yuxarı yaşda olan insanların 1-2%-də baş verən mütərəqqi nevroloji xəstəlikdir. Xəstələrin təxminən

ONLİNE QƏBULA YAZIL

Mərkəzimizə gəlmədən əvvəl, online qəbula yazılmanız tövsiyyə olunur.

24/7/365

İlin istənilən günü və saatı Sizə xidmət etməkdən məmnunuq.

PEŞƏKAR PERSONAL

Təcrübəli və peşəkar personalımıza etibar edə bilərsiniz.