İdmançıların tez-tez qarşılaşdıqları problemlərdən biri olan Menisk yırtığı (Menisk Yaralanması) gündəlik həyatda bir çox insanın başına da gələ bilər. Ağır yük daşıyanlar, daim ayaq üstdə dayanan, ev işləri ilə məşğul olan evdar qadınlar və yaşlı insanlar menisk yırtığı ilə üzləşə bilərlər. Çox vaxt bədən ağırlığının bir tərəfə verildiyi zaman meydana gələn bu cür xəsarətlər bəzən hətta diz çökmək, əyilmək və ağır yük qaldırmaq kimi sadə hərəkətlərdə də baş verə bilər.
- Birbaşa xəsarət: birbaşa dizə olan zərbələr nəticəsində yaranan yaralanmalara daxildir. Diz üstünə düşmə, yol qəzaları, dizlərə gələn təpik kimi travmalar bu tip yaralanmalara səbəb olur.
- Dolayı xəsarətlər: Futbol oynama və xizək sürmə zamanı yaşanan yırtıqlar, tarazlığın itirilməsi və ayaqların dolaşması dolayı xəsarətlərə səbəb ola bilər.
- Degenerativ xəsarət: Yaşla əlaqədar bədəndəki deformasiyalar nəticəsində yaranır. Belə hallarda, xüsusilə yaşlılarda, hətta dizdən alınan ən kiçik bir zərbə belə menisk yırtılmasına yol aça bilər.
Menisk yırtığı (Menisk Yaralanması) əlamətləri nələrdir?
- Dizlərdə ağrı
- Dizlərdə şişkinlik və sərtlik
- Diz kilidlənməsi
Menisk yırtığı zamanı xəstələrin ilk şikayətləri ümumiyyətlə ağrı, şişlik və dizlərdə sərtlikdir. Nərdivanları qalxıb-endikcə, oturduğu yerdən yuxarı qalxdıqda dizlərdəki ağrı menisk zədələnməsinin ilk siqnallarıdır. Gündəlik həyatda nəzərə alınmayan bu tip ağrı və şişkinlik gələcəkdə daha ciddi problemlərə səbəb ola bilər. Növbəti addımda xəstələr dizlərindəki ağrılara əlavə olaraq kilidlənmə problemi ilə üzləşirlər. Oturub ayağa qalxarkən diz çökür, sonra diz müəyyən bir vəziyyətdə kilidlənir və sonra dizlərdə boşalma hissi yaranır.
Risk faktorları
- Artıq çəki
- İdman travmaları
- Əzələ zəifliyi
- Diz oynaq problemləri
Fizioterapiya və Reabilitasiya
İlk öncə xəstənin ağrılarının şiddətliyini müəyyənləşdirib dərəcələndirmək lazımdır.
Reabilitasiya programı ilk günlərdə 15 dəqiqə ərzində hər xəstəyə görə individual olaraq tərtiblənməlidir.