Şmorl yırtığı
Şmorl yırtığı – fəqərəarası diskdən qığırdaq toxumasının fəqərə cisminə doğru keçməsidir. Sözügedən yırtıq ən çox ağır kifozlarda – dongarlıqda müşahidə olunur. Bəzən yırtıq yaşlı insanlarda güclü osteoparozda sümüklərin sıxlığı və möhkəmliyinin yaşla əlaqəli azalması nəticəsində olur. Cavan şəxslərdə hündürlükdən vertikal düşərkən, çox ağırlıq qaldırılarkən də rast gəlinir. Bu yırtığı fəqərənin sümük toxumasının mikrosınığı sayılır.
Fəqərə cisimlərinin yırtıqları: daha çox gənc yaşlardada rast gəlinir. Bu yırtıqların nadir formaları osteoxondroz və ya travma olduğunu göstərir. Çox hallarda onlar simptomsuz keçir və rentgenoloji müayinələr zamanı təsadüfən aşkar edilirlər.
Şmorl yırtığı (Şmorl düyünü) rentgenoloji termin olub,
ilk dəfə 1927-ci ildə alman alimi və həkimi Xristian Şmorl tərəfindən təsvir edilmişdir. Bu yırtığı fəqərəarası diskin daha çox məşhur olan onurğa beyin kanalına və ya sinir dəliklərinə nüfuz edən üfüqi yırtıqlarından fərqli olaraq qapayıcı lövhəciyin qığırdaq toxumasının sümüyün süngər maddəsinə, yuxarı və ya aşağı fəqərə cisminin daxilinə nüfuz etməsidir. Daha aydın desək fəqərəarası diskdən qığırdaq toxumasının fəqərə cisminə doğru keçməsidir.
Daha çox təsadüf edilən fəqərələrarası disk yırtıqlarından fərqli olaraq Şmorl yırtığı qığırdaq plastinlərinin tamlığının pozulması nəticəsində diskin nüvəsinin fəqərəyə doğru yerini dəyişməsi zamanı müşahidə edilir. Ən çox irsi xarakter daşıyır və ya uşağın sürətli böyüməsi zamanı uşaqlıq dövründə təzahür edir. Uşağın boyu artdıqca, yumşaq toxumalar da böyüməyə imkan tapır, lakin sümük toxumasının inkişafı bir qədər geri qalır. Nəticədə fəqərə cisminin süngər maddəsində boşluqlar yaranır ki, vaxt keçdikcə buraya qığırdaq toxuması daxil olur. Şmorl yırtıqları daha çox fəqərə sütununun döş və bel şöbələrində (kürəyin orta və ya aşağı hissəsində) rast gəlinir.
Şmorl yırtığı ən çox ağır kifozlarda – dongarlıqda müşahidə olunur. Kliniki olaraq heç bir simptom və ağrı hissi ilə özünü göstərmir. Rentgenoloji, KT və ya MRT müayinəsi zamanı təsadüfən aşkar edilir.
Bəzən Şmorl yırtığı yaşlı insanlarda güclü osteoporozda sümüklərin sıxlığı və möhkəmliyinin yaşla əlaqəli azalması nəticəsində olur. Cavan şəxslərdə bu növ yıırtıqlar hündürlükdən vertikal yıxılarkən, çox ağırlıq qaldırılarkənrast gəlinir. Şmorl yırtığı fəqərənin sümük toxumasının mikrosınığı sayılır.
Əlamət və səbəbləri:
-Anadangəlmə rast gəlinən Şmorl yırtıqları adətən irsi xarakter daşıyır, bu da qığırdaq toxumasının inkişaf zəifliyi ilə əlaqədərdi.
-Bel nahiyyəsinin Şmorl yırtığı qazanılmış da ola bilər. Bunun əsas səbəbi onurğanın travması (sınıqlar, çıxıqlar, zərbə), eləcə də degenerativ xəstəliklərdir. (osteoporoz, osteoartroz) Qazanılmış bu tip yırtıqlar əsasən yaşlı şəxslərdə qeydə alınır. Mexaniki travmanın təsirindən qığırdaq disk deformasiyaya və yerdəyişməyə məruz qalır, bu da qüsuru formalaşdırır. Osteoartroz zamanı qığıraq toxumasında degenerativ dəyişikliklər (struktur dəyişiklikləri) meydana gəlir, o öz sərtliyin və elastikliyini itirərək düyün əmələ gətirir.
Onurğanın eyni zamanda bir neçə şöbəsində Şmorl yırtıqları əmələ gələ bilər, əksər hallarda onlar kişik ölçülərdə nəzərə çarpırlar.Kiçik ölçülü Şmorl yırtıqları adətən anadangəlmə qığırdaq toxuması çatışmazlığının nəticəsidir.
Proqnoz.
Bu cür yırtıqlar ən çox fərəqəarası diskin yırtılması və funksiyasının zədələnməsi ilə təhlükəlidir. Eyni zamanda onurğanın kompression sınığı da Şmorl yırtıqları üçün xasdır ki, bu da əsasən onurğaya düşən hədsiz yük və ya güclü travma nəticəsində meydana gəlir.Bunun üçün patoloji prossesin qarşısını almaq və onurğanın hərəkətliliyini bərpa etmək lazımdır.
Müalicəsi
Əsasən Şmorl yırtıqları simptomsuz inkişaf edir, lakin bəzi hallarda sözügedən onurğanın patologiyası ağrı ilə müşayət olunur ki, bu da həmin şəxsın həyat keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir göstərir. Kişik ölçulu Şmorl yırtıqları zamanı xüsusi müalicə tələb etmir. Müalicə əsasən ağrı ilə müşayət olunan formalarında tətbiq edilməlidir. Manual terapiya, fizioterapiya və müalicəvi bədən tərbiyəsi müalicənin əsasını təşkil edir. Professional idmanla məşğul olan idmançılarda Şmorl yırtıqları mütləq müalicə olunmalıdır. Reabilitasiya və müalicəyə tabe olmayan Şmorl yırtıqları cərrahi müdaxilə olunmalıdır.