Orqanizmin bərpası və reabilitasiya nə deməkdir?!
Tibbi reabilitasiya keçirilmiş ağır xəstəliklərdən sonra, travma zamanı orqanizmin normal psixi və fizioloji funksiyalarının qismən pozulması və ya tam itirilməsinin bərpasına yönəldilmiş bir sıra müalicə metodlarının kompeks tətbiq olunmasıdır. Müalicədən fərqli olaraq reabilitasiya patoloji prosesin kəskin fazası dövründə aparılmır. Orqanizmin bərpası və reabilitasiya nə deməkdir?
Reabilitasiya latın sözü olub “habilis” – bacarıq, “rehabilis” – bərpa edilən bacarıq anlamına gəlir. Tarixi baxımdan yanaşsaq, ilk dəfə olaraq reabilitasiya anlayışı məhz hüquqi termin kimi orta əsrlərdə fransız hüquqşünas Bleynianus tərəfindən istifadə edilib. Elə həmin dövrdə tədricən təkcə hüquq sahəsində deyil, həmçinin səhiyyə və sosial sahələrdə də tətbiq olundu ki, bu da mütəfəkkirlər tərəfindən birmənalı qarşılanmadı və nəticədə mübahisəli fikirlərin yaranmasına gətirib çıxardı.
Reabilitasiya – insanın anadangəlmə və ya sonradan hər hansı bir səbəbdən meydana çıxan, qalıcı və ya keçici çatışmazlıqlarının itirilmiş bəzən də limitlənmiş olan funksional fəaliyyətinin araşdırılaraq müalicə edilməsi,psixoloji-sosial cəhətdən dəstəklənərək günlük yaşamda sərbəst vəziyyətə gəlməsini təmin etməkdir. Reabilitasiya çoxistiqamətli müalicə yanaşmasıdır. Bizim məqsədimiz xəstəliyə və xəstəyə xüsusi fizioterapiya və reabilitasiya proqramı tərtib edərək müalicəni həyata keçirməkdir. Reabilitasiya proqramının standartı yoxdur, hər pasiyentə fərdi yanaşılır.
Osteoxondroz, spinal protruziya, yırtıqlar, skolioz, lordoz, kifoz, ətraf əzələlərin asteniyası, onurğa sütununu bərpa etmək, post travmatik reabilitasiyalar (sınıqlar menisk yırtıqları, çapıqlar və s.)
Lor xəstəlikləri ( tonzilitlər, aııerqik rinitlər, qaymorit və s. )
Ağ ciyər xəstəliklərini (bronxial astma, xroniki bronxitlər, pnevmoniya )
Dayaq hərəkət aparatının bir sıra anadangəlmə və qazanılma xəstəliklərində körpə yaşından aparılması müalicənin uğurlu olmasında həlledici rol oynayır.
Reabilitasiya istənilən yaşda insanları müxtəlif səbəblərin yaratdığı psixi, hərəki və nitg qüsurlarının əlillik dərəcəsinə gətirib çıxarmasından mühafizə və müalicə ederek onları cəmiyyətə geri qazandırır.
Fizioterapiya kliniki təbabətin təbii və süni yaradılmış faktorlarının insan orqanizminə müalicəvi təsirini tedqiq edir. Günəş şüası, su müalicəsi, hava vannaları, isti və soyuq təsiri, elektrik və elektromaqnit təsir, mexaniki təsir (masaj, müalicə idmanı, kompress) misal cəlmək olar.
- Lazer terapiyası
- Diadinamoterapiya
- Amplipuls terapiya
- Miostimulyasiya
- Maqnit terapiya
- Ultrasəs terapiyası (fonoforez)
- Krioterapiya
- Elektroterapiya (elektroforez)
Bu metodlarin hər birisi özlüyündə bu və ya digər fiziki faktorların müalicəvi təsir aspektlərini daşıyır.