Vakuum terapiyası travmatoloji, nevroloji, uroloji, ginekoloji və dermatoloji pozuntularda uğurla tətbiq olunur. Vakuum terapiyası zamanı illərlə orqanizmdə toplanmış toksik maddələr, durğunluq məhsulları, zərərli maddələr kənarlaşdırılır. Vakuum terapiyasının müxtəlif növləri reabilitasiya ilə yanaşı, erektil disfunksiya kimi uroloji problemlərdə və kosmetologiyada dəri problemlərində tətbiq olunur.
Vakuum terapiyası – xüsusi vakuum aparatı vasitasilə orqanizmə ağrısız, yüksək effektli müalicə metodudur.
- Osteoxondroz və radikulitlərdə ağrı sindromunu tezliklə və təhlükəsiz blokada etməyə kömək edir
- Orqanizmin resurslarının mobilizasiyası hesabına reabilitasiya proseslərinin sürətlənməsinə yardımçı olan müalicə metodudur
- Bir çox xəstəliklərin profilaktikasına kömək edir
- Orqanizmin bütün maye mühitini təşkil edən mikrosirkulyasiya sistemini bərpa edir (toxumaların yenilənməsini sürətləndirir)
- Orqanizmi toplanmış zərərli maddələrdən təmizlənməsinə kömək edir
Vakuum terapiyaya göstəriş:
- Osteoxondroz
- Radikulit
- Çiyin kürək sümüyü periartiriti
- Lyumbaqo
- Xroniki yorğunluq
- Xroniki bronxit
- Bronxial astma
- Bronxoektaziya xəstəliyi
- Hipertoniya xəstəliyi
- Neyrosirkulyator distoniya
- Medenin xora xəstəliyi
- Uşaqlarda qamətin korreksiyası
- Qəbizlik
- Xroniki kolit
- Piylənmə
- Qarın əzələlərinin bərkiməsi
Əgər göstərilən simptomları özünüzdə hiss edirsinizsə dərhal həkimə müraciət edin.
Bakı Bərpa Mərkəzi | Fizioterapiya Mərkəzi | Reabilitasiya Mərkəzi | Fizioterapiya və Reabilitasiya Mərkəzi |
Sağlamlığınızı bizimlə bərpa edin!