Kardiologiya

Kardiologiya

Kardiologiya – tibbin ürək-damar sisteminin xəstəliklərinin diaqnostika, müalicə və profilaktikası ilə məşğul olan bir sahəsidir. Kliniki təbabətin ürək-damar sisteminin müxtəlif yaş dövrlərində anatomo-fizioloji, fiziki və psixi xüsusiyyətlərini, ürək damar sisteminin xəstəliklərini, onların diaqnostika, müalicə və profilaktika üsullarını öyrənən sahəsidir. Ürək-damar sistemi problemlərilə həkim kardioloq məşğul olur. Yalnız həkim kardioloq kardioloji xəstəliklərin düzgün diaqnostikasını apara və müvafiq müalicə təyin edə bilər. Ürək-damar sistemin xəstəliklərinin ümumi əlamətləri aşağıdakılardır: təngnəfəslik, ürəkdöyünmə, ürək nahiyəsində ağrılar, başgicəllənməsi, qızdırma.

Elektrokardioqrafiya ( EKQ )

Ürək-damar sisteminin funksional diaqnostika metodları arasında ən geniş yayılan elektrokardioqrafiyadır (EKQ). EKQ-nin köməyi ilə ürəkdə baş verən və baş verə biləcək patalogiyalar haqqında öncədən məlumat almaq mümkündür. Prosesin icra olunması sadə olsa da ürək-damar patalogiyalarında olduqca informativdir.

Elektrokardioqrafiya xüsusi cihazın – elektrokardioqrafın köməyi ilə aparılır. Cihazın elektrodları əllərə, ayaqlara və döş qəfəsinin ön hissəsinə yerləşdirilir. Bu elektrodların keçiriciliyi xüsusi EKQ geli və yaxud spirtli pambıqla artırıla bilər. Prosedur ağrısızdır, bəzən elektrodlar qoyulan sahədə azacıq ağrı hissi və qızartı müşahidə olunur.

EKQ zamanı ürək ritmi və oyanıqlıq kimi funksiyaların vəziyyəti yoxlanılır, nəticədə isə, ürək çatışmazlığına səbəb olan müxtəlif patalogiyalar vaxtında aşkarlanır. EKQ nəticələrinə əsasən həkim kardioloq zədənin (nekroz, işemiya, hipertrofiya və s.) ürəyin hansı hissəsində olduğuna dair ilkin fikir irəli sürür.

Elektrokardioqrafiya mütləq profilaktik tədbir olub, kişilərdə 30, qadınlarda isə 35 yaşdan sonra il ərzində ən az bir dəfə aparılmalıdır.

Exokardioqrafiya

Exokardioqrafiya ürəyin ultrasəs dalğaları vasitəsi ilə müayinə metodudur. 

Ürək-damar sistemi xəstəlikləri

Taxikardiya- bəzən müxtəlif emosiyaların təsiri kimi sağlam şəxslərdə də ola bilər. Ürək nayihəsində ağrı tac damarlarının mənfəzinin daralması nəticəsində miokardın qanla yaxşı təchiz olunmaması ilə əlaqədardır.

Təngnəfəslik – karbon qazının çoxluğundan tənəffüs mərkəzinin qıcıqlanması nəticəsində baş verir. Qanın oksigenlə lazımınca doymaması və karbon qazının çoxluğu kiçik qan dövranında durğunluğun nəticəsidir. Fiziki iş gördükdə taxikardiya ilə birlikdə təngnəfəsliyin əmələ gəlməsi ürək çatışmazlığının başlanmasının ilk əlamətlərindəndir. Xəstəyə münasib vəziyyətdə oturmağa kömək edilir, oksigen verilir. Bəzən başgicəllənməsi, baş ağrısı, huşun itirilməsi və zəiflik müşahidə olunur. 

Ürəyin işemik xəstəlikləri – qan dövranının müxtəlif dərəcədə pozulması olan stenokardiya, miokard infarktı və kardioskleroz aiddir.

Stenokardiya – tac damarlarında qan dövranının pozulması ilə əlaqədar olub, cavan və ahıl yaşlı insanlarda müşahidə olunur. Əsas əlaməti ürək və ya döşarxası nayihələrdə tutmaşəkilli ağrı və onun sol qola, kürəyə, boyuna vurması, bir neçə dəqiqədən bir neçə saata qədər davam etməsidir (yarım saatdan sonra miokarda infarktına keçir). Ağrı qan dövranının pozularaq miokarda qanın az gəlməsi ilə izah olunur, adətən fiziki və psixi gərginlikdən sonra başlayır. Xəstəliyin ilkin mərhələlərində tutmalar az-az, daha sonra isə hər gün müşahidə olunur. Belə hallarda xəstəyə fiziki və psixi rahat olması üçün münbit şərait yaratmaq lazımdır. 

Miokard infarktı

Miokard infarktı  – tac damarlarından birinin çox daralması, trombla tutulması nəticəsində ürək əzələsinin müəyyən nahiyəsinin nekrozudur (ölməsidir). Adətən, tac arteriyalarının aterosklerozu, hipertoniya xəstəliyi və s. miokard  infarktına gətirib çıxarır. Şiddətli həyəcan təsirindən də infarkt baş verə bilər. Əksər hallarda 40-60 yaşlı, bəzən isə cavanlarda da xəstəlik müşahidə olunur. Miokard infarktının əsas əlaməti döş sümüyünün arxasında, ürək nayihəsində stenokardiyaya xas 20-30 dəqiqə, bəzən bir saat davam edən şiddətli, dözülməz ağrıdır. Ağrı qəflətən, bəzən huşun itməsi ilə meydana çıxır, sağ qabırğa altında, qarnın üst hissəsində olur. Ağrılar sol qola, çiyinə və boyuna vurur. Nitroqliserin kömək etmir.

Bəzən tutma ürək astması tutması ilə başlayır. Bu zaman xəstə oturaq və ya yarımoturaq vəziyət almağa məcbur olur. Bu formada ölüm faizi çox olur.Temperatur tutmadan 2 gün sonra yüksəlib 38-38.5 dərəcəyə çatır. Leykositoz olur, EÇS artır. Bədən yapışqan tərlə örtülür, boz rəng alır. Nəbz kiçik,  tezləşmiş olur. Arterial təzyiq azalır, ağciyərlərdə yaş xırıltılar eşidilir, boğulma baş verir. Bəzi xəstələrdə miokard infarktı ağrısız, ürək-damar çatışmazlığı şəklində keçir. Diaqnoz elektrokardioqramın köməyilə qoyulur.

Ürək astması – kəskin ürək çatışmazlığından biridir. O, boğulma tutmaları ilə izah olunur.Hipertoniya, kəskin diffuz nefrit, miokard infarktı olan və yaşı 50-ni keçmiş kişilər daha çox xəstəliyə meyllidirlər.Xəstəliyin  səbəblərindən  biri  sol mədəciyin işinin kəskin çatışmaması, yaxud tənəffüs, qan dövranı və sinir sisteminin vəziyyətində baş verən dəyişikliklərdir. Boğulma tutmaları xəstəni oturaq vəziyyətə məcbur edir. Xəstə narahat olur, tənəffüzü tezləşir, səthiləşir və çətinləşir, sianoz baş verir, yapışqanaoxşar tər əmələ gəlir. Bir neçə dəqiqədən bir neçə saatadək bu vəziyyət davam edir.Sonra ürəyin işi tezləşir,qan təzyiqi artır, müalicə olunmazsa, ölümlə nəticələnər.

 

Əgər göstərilən simptomları özünüzdə hiss edirsinizsə dərhal həkimə müraciət edin.

Bakı Bərpa Mərkəzi | Fizioterapiya Mərkəzi | Reabilitasiya Mərkəzi | Fizioterapiya və Reabilitasiya Mərkəzi |

Sağlamlığınızı bizimlə bərpa edin!

Kardiologiya
Fizikoterapiyada ultrasəs

Fizioterapiyada ultrasəsdən istifadə

Ultrasəs yalnız hamiləlik zamanı deyil, həm də bir çox tibbi prosedurlar üçün istifadə edilən görüntüləmə üsuludur. Diaqnostik ultrasəs və hamiləlik görüntüləməsindən başqa, ultrasəs fiziki terapiyası

Limfa drenajı nədir? Faydaları

Limfa drenajı nədir? Faydaları

Limfa Drenajı qan dövranı sistemi kimi mayenin hərəkətliliyini təmin edən, lakin ürək kimi mərkəzi nasosu olmayan limfa drenaj sistemidir. Limfatik Drenaj sisteminin sağlam işləməsi sayəsində insan

Miostimulyasiya

Miostimulyasiya ilə əzələ gücünüzü artırın

EMS (Elektro- Miostimulyasiya) məşqi, elektrik stimullaşdırılması vasitəsilə əzələləri işləyən bir məşq formasıdır. Bu məşq texnikası əzələlərin daha effektiv işləməsinə imkan verir və əzələ gücünü artırmağa

Zərbə-dalğa terapiyası

Zərbə-dalğa terapiyası

Zərbə-Dalğa Terapiyası müvafiq nahiyədə qan axını gücləndirir və bu nahiyənin aktivliyini artıraraq sağalma prosesinin sürətlənməsinə töhfə verir. Ümumiyyətlə ortopedik pozğunluqlar üçün istifadə edilən Zərbə Dalğası

Evdə Qulluq və Sağlamlıq Xidmətləri

Evdə Baxım və Sağlamlıq Xidmətləri

Evdə Baxım və Sağlamlıq Xidmətləri ilə müalicəsini evdə davam etdirmək istəyən xəstələrə, doğuşdan əvvəl və doğuşdan sonrakı dəstəyə ehtiyacı olan analara, yaşlılar və qayğıya ehtiyacı

Parkinson Reabilitasiyası

Parkinson Reabilitasiyası nədir?

Parkinson xəstəliyi beyin hüceyrələrinin itirilməsi ilə irəliləyən bir beyin xəstəliyidir. Bu, 65 və yuxarı yaşda olan insanların 1-2%-də baş verən mütərəqqi nevroloji xəstəlikdir. Xəstələrin təxminən

Fizioterapiya xidmətlərində fərdi yanaşma

Fizioterapiya xidmətlərində fərdi yanaşma

Reabilitasiya prosesinin ümumi məqsədi ən yüksək həyat keyfiyyəti ilə mümkün qədər müstəqil yaşamaqdır. Fizioterapiyanın əsas məqsədi ilk növbədə xəstənin əvvəlki funksiyasını bərpa etmək və ya

Artroskopiya nədir və necə aparılır?

Artroskopiya nədir və necə aparılır?

Artroskopiya sözü oynağın içərisinə baxmaq deməkdir. Fiberoptik cihazlar (kamera və işıq sistemləri) vasitəsilə oynaqların daxili hissəsi vizual olaraq yoxlanılır. Bu sayədə oynaqdaxili toxumalarda olan xəstəliklər

Reabilitasiyanın növləri

Reabilitasiya növləri

Reabilitasiya insanın sağlamlığını, funksionallığını və ya həyat keyfiyyətini yaxşılaşdırmaq üçün istifadə edilən bir sıra müalicə və prosesləri əhatə edən bir termindir. Reabilitasiya ümumiyyətlə xəstəlik, zədə və ya

Evdə Fizioterapiya Xidməti

Evdə Fizioterapiya Xidmətinə nələr daxildir?

Evdə fizioterapiya xidməti nevroloji xəstəliklər, kəskin və xroniki ortopedik pozğunluqlar və uşaq xəstəlikləri üçün fizioterapevtlər tərəfindən ev şəraitində xəstələrə həkimlər tərəfindən uyğun hesab edilən müalicənin

Evdə oksigen avadanlıqları

Evdə oksigen avadanlıqlarına ehtiyacınız var?

Oksigen balonu həkimlərin qanında oksigen səviyyəsi aşağı olan xəstələrə tövsiyə etdiyi müalicə üsullarından biridir. Evdə tibbi xidmət zamanı Oksigen terapiyası həkimin təyin etdiyi tezlikdə və

Evdə Sağlamlıq Baxımının faydaları

Evdə Tibbi Xidmətin faydaları

Evdə tibbi xidmət – xəstəlik, zədə və ya tibbi vəziyyəti müalicə etmək və ya idarə etmək məqsədilə tibb bacıları, terapevtlər və köməkçilər də daxil olmaqla

Demansın müalicəsi

Demansın müalicəsi

Demans sözü latınca ağıl mənasını verən mens sözündən götürülüb. Demans ağlın itirilməsi deməkdir. Ancaq demanslar, xüsusən də Alzheimer demensiyası birdən-birə baş vermir, simptomlar tədricən görünür

Niyə bu qədər yorğunuq?

Niyə bu qədər yorğunuq?

Yorğunluğun həyatımızın ayrılmaz hissəsinə çevrildiyi şübhəsizdir. Bir tərəfdən həyatın sürətlənməsi, mürəkkəb münasibətlər və həyat tərzi dəyişiklikləri, getdikcə artan stress, yuxusuzluq, qida çatışmazlığı, hərəkətsizlik səbəbindən bədənimizin

evdə serum xidməti

Serum nədir və niyə tətbiq olunur?

Bəzi hallarda insan xəstəliyi səbəbindən xəstəxanada vaxt keçirmək istəməyə bilər və ya bu barədə tərəddüd edə bilər. Bu tərəddüd və narahatçılıq evdə serum xidmətinin seçimində

Tomatis metodu

Tomatis metodu nədir, necə işləyir?

Tomatis Metodu beyni effektiv və təbii şəkildə stimullaşdırır. Bu, tibbi müalicə və klassik terapevtik üsulların istifadəsi zamanı əlavə bir vasitədir. Tomatis metodu çərçivəsində tətbiq edilən

Loqoped

Loqoped problemləri

Doğru və gözəl nitq insanın hərtərəfli inkişafı üçün ən vacib şərtlərdən hesab olunur. Müxtəlif səbəblərdən meydana çıxan hər hansı bir nitq qüsuru zamanla fəaliyyət, davranış

ONLİNE QƏBULA YAZIL

Mərkəzimizə gəlmədən əvvəl, online qəbula yazılmanız tövsiyyə olunur.

24/7/365

İlin istənilən günü və saatı Sizə xidmət etməkdən məmnunuq.

PEŞƏKAR PERSONAL

Təcrübəli və peşəkar personalımıza etibar edə bilərsiniz.