Fibromialgiya

Fibromialgiya geniş yayılmış bir xəstəlik olmasına baxmayaraq, sadəcə  xəstələrinin 1/3-də diaqnoz edilə bilər.

Fibromialgiya sindromu diffuz əzələ ağrıları və zəiflik ilə ortaya çıxan xroniki bir ağrı sindromudur. Ən əsas simptomu isə geniş yayılmış əzələ ağrılarıdır və insanların gündəlik həyat keyfiyyətinin əhəmiyyətli dərəcədə azalmasına səbəb olur. Digər simptomlarına da zəiflik, halsızlıq, yuxu pozğunluğu, iş vaxtının azalması, bağırsaq fəaliyyətinin pisləşməsi, səhər yuxudan yorğun oyanmaq və sərtlik.

Fibromialgiya və simptomları və diaqnozu

  • 18 trigger nöqtəsinin ən az 11-də ağrı
  • 3 aydan çox müddət ərzində geniş yayılmış bədən ağrısı
  • Bədənin hər iki tərəfində ağrı, bütün bel boyunca ağrı, boyun-arxa-omba bölgəsindəki ağrı
  • Xəstənin hekayəsində- travma, infeksiya, əməliyyat, stress
  • Hormonal pozğunluqlar

Fibromialgiya müalicəsi üçün çoxşaxəli bir yanaşma tələb olunur. Müalicə proqramı revmatoloji mütəxəssisi, fizioterapiya və reabilitasiya mütəxəssisi, psixoloq, peşə terapevti, fizioterapevt ilə əməkdaşlıqda təyin olunmalı və həyata keçirilməlidir. Zərurət olduqda digər şöbə həkimlərindən məsləhət dəstəyi alınır və müalicə çoxşaxəli bir istiqamətə yönəldilir. Dərman terapiyasına əlavə olaraq, məşq, masaj, fizioterapiya tətbiqləri də müalicə proqramına daxil edilmişdir. Müalicə ağrı və yorğunluğu azaltmaq, depressiv simptomları aradan qaldırmaq və digər simptomları minimuma endirmək üçün planlaşdırılır.

Fibromialgiyanın müalicəsində sağlam qidalanma, müntəzəm məşq, istirahət təsirli olur, lakin avtonom sinir sistemini tənzimləmək üçün fizioterapiya və reabilitasiya proqramlarına ehtiyac duyulur. Adətən 20-40 yaş arasında meydana gələn bu xəstəlik qadınlarda kişilərə nisbətən 7 dəfə çoxdur.Həyatı dözülməz hala gətirən bu narahatlıqda bəzi xəstələr ağrı kəsicilər, masaj, yüngül məşqlər, akupunktur kimi müxtəlif müalicə üsulları ilə rahatlama tapa bilərlər.

Əgər göstərilən fibromialgiya simptomlarını özünüzdə hiss edirsinizsə dərhal həkimə müraciət edin.

Bakı Bərpa Mərkəzi

Sağlamlığınızı bizimlə bərpa edin !

Fibromyalgiya

Lazer terapiyası

Lazer terapiyası lazer işığının aşağı səviyyədə tətbiq olunması ilə həyata keçirilən fizioterapiya metodudur. Xüsusi dozalanmış monoxromatik lazer işığının terapevtik təsiri təsdiqlənmişdir.

Vakuum terapiyası

Vakuum terapiyası travmatoloji, nevroloji, uroloji, ginekoloji və dermatoloji pozuntularda uğurla tətbiq olunur. Vakuum terapiyası zamanı illərlə orqanizmdə toplanmış toksik maddələr, durğunluq məhsulları, zərərli maddələr kənarlaşdırılır.

Ultrasəs terapiyası

Ultrasəs terapiyası (ultrasonoterapiya və ya terapevtik ultrasəs) yüksək tezlikli səs dalğalarının dəri səthinə tətbiq edilməsinə əsaslanır. Ultrasəsin orqanizmə sinir reflektor təsiri də əsas rol oynayır.

Kinezioteyping

Kinezioteyping – ağrı əleyhinə yönəldilmiş, ödemin azalmasını sürətləndirən və bərpa prosesinə yardım edən yeni nəsil preparatdır.

ONLİNE QƏBULA YAZIL

Mərkəzimizə gəlmədən əvvəl, online qəbula yazılmanız tövsiyyə olunur.

24/7/365

İlin istənilən günü və saatı Sizə xidmət etməkdən məmnunuq.

PEŞƏKAR PERSONAL

Təcrübəli və peşəkar personalımıza etibar edə bilərsiniz.

Ünvan: Ə.Salamzadə 593, Bakı, Azərbaycan

Tel: (+994 12) 409 06 66 ; (+994 12) 432 87 88

Mob: (+994 50) 303 06 66 ; (+994 55) 444 07 88

2019 -2020 © BAKI BƏRPA MƏRKƏZİ. Müəllif hüquqları qorunur.