FƏQƏRƏARASI DİSK YIRTIQLARI

Disk yırtığı nədir – Bu, deformasiyaya uğramış diskin fəqərə arasındakı yerdəyişməsidir. Ən çox 20-50 yaşarası insanlarda rast gəlinir və əmək qabiliyyətinin müəyyən vaxt ərzində, çox vaxt  isə tamamilə itirilməsinə və əlilliyə gətirib çıxaran səbəblərdəndir.

Necə yaranır – Fəqərəarası disk yırtıqları osteoxondrozun ən çox rast gəlinən və ən böyük ağırlaşmalarındandır. Xəstəlik zamanı əmələ gələn yırtıq arxaya və kənara yayılaraq sinir kötüyünün sıxılmasına səbəb olur, iltihabi proses yaranır və ödem meydana çıxır. Bu isə ağrı və hissiyyat pozğunluqlarının məhz bir sutkadan sonra meydana çıxmasını izah edən səbəbdir. Sıxılmış sinir kötüyü beynə ağrı impulsları göndərərək, xəstələrə ağrının sanki ayaqdan gəldiyini göstərir. Yırtığın sıxılmadığı sinirlər isə ümumiyyətlə, funksiyasını itirir və nəticədə də ayaqda kəskin hissiyyatsızlıq və zəifliyə gətirib çıxarır.

Nə baş verir – Əsas şikayətlər ağrıdır. Adətən, ağrı gənc insanlarda ağır fiziki yük götürdükdən, iş zamanı narahatlıqdan ya yatağın komfortlu olmaması nəticəsində meydana çıxır. Ağrı hissi, adətən ağır qaldıran zaman və bir tərəfə əyildikdə baş verir. Sonra bir sutka ərzində ağrı meydana çıxır və ayaqda hissiyyat zəifləmiş olur. Öskürək, hərəkət və bədənin gərginləşməsi zamanı ayaqda və beldə olan ağrılar o dərəcədə artmış ola bilir ki, xəstənin yataq rejiminə ehtiyacı olur. Uzanıqlı vəziyyətdə olduqda xəstə ayaqlarını bir qədər hündürdə yerləşən yastığa söykəyərək ağrısını bir qədər yüngülləşdirə bilər. Ağrılar çox vaxt lapmas xarakter daşıyır (yəni ayaqların xarici səthinə yayılmış olur), daimi və ya periodik də ola bilər. Ağrıdan başqa, hissiyyat pozğunluğu da meydana çıxa bilər. Bu özünü hiperesteziya (hissiyyatın güclənməsi), hiposteziya (hissiyyatın azalması) və anesteziya (hissiyyatın itməsi) kimi göstərə bilər.

Vegetativ dəyişikliklər də meydana çıxa bilər, məsələn, dərinin temperaturu enir, yüngül dərəcəli ödemlər, tər ifrazında dəyişikliklər meydana çıxır, dəridə quruluq artır. Bəzən xəstələr ağrıdan ayaqlarını düz aça bilmirlər. Trofiki pozğunluqlar da meydana çıxa bilər ki, bu da özünü əzələlərin atrofiyası nəticəsində arıqlama ilə göstərmiş olur.

Diaqnoz: göstərilən simptomlara əsasən qoyulur. Bu xəstələrə nevropatoloqun konsultasiyası lazımdır. Diaqnozun dəqiqləşdirilməsi üçün müayinələrdən istifadə olunur: kompüter tomoqrafiyası, spondiloqrafiya, rentgenoqrafiya.

Müalicə: adətən, bu xəstəlik 2-3 ay ərzində yataq rejimində, sakit halda sağalır. Əksər onurğa xəstəliklərində olduğu kimi, burda da ayaqlar yuxarı vəziyyətə yastığa qoyulmuş şəkildə və ağrı yaratmayan bir pozada uzanıqlı vəziyyətdə olmaq məsləhət görülür. Ağrıların azaldılması üçün ağrı kəsicilər və iltihab əleyhinə preparatların istifadəsi mümkündür. 3-4 həftədən sonra ağrılar azalmış olur, lakin disk özü sağalmış olmur, buna görə də müxtəlif ağırlaşmaların xroniki vəziyyət almaması üçün cərrahi əməliyyat vacibdir. Əgər ağrılar (müalicə müddəti 2 həftə-3 ay) keçmirsə və nevroloji simptomatika yenə də müşahidə olunursa, bu zaman əməliyyat göstərişdir.

Kəskin dövr keçdikdən sonra onurğanın əvvəlik hərəkətliliyini qaytarmaq və zəifləmiş əzələləri möhkəmlətmək üçün müalicəvi gimnastika ilə məşğul olmaq lazımdır. Xəstəyə o cümlədən, üzmək (kürəyi üstə), sauna və massaj təyin edilməlidir. Bəzən ayağın bəzi yerlərində hissiyyatın itməsi ağrılar keçdikdən sonra da müşahidə olunur. Bu sinir kötüklərinin hələ də bərpa olmadığını göstərir. Ayağın hərəkətliyi isə normada qalır.

Bakı Bərpa Mərkəzində Fəqərəarası disk yırtıqları xəstəliyinin müalicəsi üçün bütün növ fizioterapiya üsulları mövcuddur. Mərkəzimizdə yerli və xarici mütəxəssislər tərəfindən onurğa sütunu müayinəsi və müalicəsi həyata keçirilir.

BEL AĞRILARI

Bel ağrıları ən çox rast gəlinən şikayətlərdən biridir. Dünya əhalisinin 80%-i həyatlarında bir dəfə də olsun bel…

BOYUN AĞRILARI

Boyun ağrıları son illərdə müasir cəmiyyətin əsas problemlərindən biri olmuşdur.

ÇİYİN AĞRILARI

Bazu oynağı orqanizmin ən hərəkətli və bir çox istiqamətə hərəkət imkanları olan oynaqlardan biridir.

OYNAQ AĞRILARI

Artralgiya oynağın istənilən xəstəliyi nəticəsində inkişaf edən oynaq ağrılarıdır. Daha çox xəstəlik çanaq-bud, diz, çiyin…

SKOLİOZ AĞRILARI

Birinci dərəcəli ailə üzvlərində skolioz xəstəliyinin olması uşaqlarda da xəstəliyin görülmə riskini artırmaqdadır.

DİZ AĞRILARI

Hərəkət sistemimizdəki ən əhəmiyyətli oynaqlarda biri diz oynağımızdır. Üç dənə sümüyün birləşməsindən ibarət olan diz…

AYAQ AĞRILARI

Ayaqda ağrılar müxtəlif xəstəliklərin əlaməti kimi özünü büruzə verə bilər. Ağrılar əzələ, damar, oynaq və nevroloji…

BOYUN AĞRILARI

Boyun ağrıları son illərdə müasir cəmiyyətin əsas problemlərindən biri olmuşdur. Boynumuz beyni və 5 duyğu orqanlarımızı…

BEL AĞRILARI

Beldə ağrı – insanlarda, xüsusən də yaşlı nəsildə tez-tez rast gəlinən əlamət. Hesablamalar göstərir ki, hər dörd…

SEREBRAL İFLİC

Uşaq serebral iflici, adətən erkən uşaq yaşlarında başlayan və hərəki pozğunluqlarla – iflic, əzələ zəifliyi…

LORDOZ XƏSTƏLİYİ

Lordoz Onurğa sütununun Deformasiyası nəticəsində yaranır. Onurğa boyun, kürək və bel hissəsində başın ağırlığını…

KİFOZ XƏSTƏLİYİ

Kifoz insanın onurğasında baş verən qeyri-normal əyriliklərdən biri – onurğanın döş nahiyəsindən önə doğru əyilməsi.

SKOLİOZ XƏSTƏLİYİ

Skolioz – onurğa sütununun əyriliyidir. Skolioz xəstəliyi xüsusən gənc və yeniyetmə yaşlarında özünü daha…

ŞMORL YIRTIĞI

Şmorl yırtığı – fəqərəarası diskdən qığırdaq toxumasının fəqərə cisminə doğru keçməsidir. Şmorl yırtığı ən çox…

ONLİNE QƏBULA YAZIL

Mərkəzimizə gəlmədən əvvəl, online qəbula yazılmanız tövsiyyə olunur.

24/7/365

İlin istənilən günü və saatı Sizə xidmət etməkdən məmnunuq.

PEŞƏKAR PERSONAL

Təcrübəli və peşəkar personalımıza etibar edə bilərsiniz.

Ünvan: Ə.Salamzadə 593, Bakı, Azərbaycan

Tel: (+994 12) 409 06 66 ; (+994 12) 432 87 88

Mob: (+994 50) 303 06 66 ; (+994 55) 444 07 88

2019 -2020 © BAKI BƏRPA MƏRKƏZİ. Müəllif hüquqları qorunur.