SKOLİOZ XƏSTƏLİYİ

Skolioz – onurğa sütununun əyriliyidir. Skolioz xəstəliyi xüsusən gənc və yeniyetmə yaşlarında özünü daha qabarıq büruzə verdiyindən bəzən insanlarda kompleks halına gəlir. Əyriliklər əsasən döş və bel nahiyələrində müșahidə olunur. Xəstəliyin proqressiv inkişafı onurğa sütununun və döş qəfəsinin nəzərə çarpacaq dərəcədə deformasiyasına gətirib çıxarır. Bu isə inkişaf edən orqanizmdə bir sıra orqan və sistelərin patoloji dəyişikliklərinə səbəb olur. Skolioz xəstəliyinin (əyilmə bucağı 10 dərəcədən artıq) ümumi yayılma tezliyi 2-3%, 6-14 yaşlı uşaqlar arasında 0.5%, 12-14 yaşlı yeniyetmələr arasında isə 1.2% təşkil edir. Yeniyetnəlik dövrünün idiopatik skoliozu ən çox 10-14 yaş dövründə təsadüf edir. Xəstəlik oğlan uşaqlarına nisbətən qız uşaqlarında daha çox müşahidə olunur. İdiopatik skolioz adı bu günə qədər xəstəliyin əmələ gəlmə səbəbinin məlum olmamasına görə verilmişdir.

Bu xəstəlik zamanı əksər uşaqların heç bir şikayəti olmadığına görə, xəstəlik əsasən nəzərəçarpacaq deformasiya olduqda aşkar edilir. Xarici görünüşə görə aşağıdakı əlamətlərə diqqət yetirmək lazımdır:

  • Bir çiyin və ya bud-çanaq oynağı digərindən yuxarıda yerləşir.
  • Bir kürək sümüyü digərindən yuxarıda yerləşə bilər
  • Önə doğru əyildikdə bu əlamətlər daha çox nəzərə çarpır
  • Deformasiyanın qabarıq tərəfində “qabırğa donqarlığının” əmələ gəlməsi
  • Bir qol digərindən uzun görünür
  • Bel nahiyəsində yerləşən üçbucaqların assimetrikliyi

Rentgenoqrammalara əsasən həkimlər skoliotik defornasiyaları dərəcələrlə ifadə edirlər. Buna əsasən skoliozu 4 dərəcyə bölürlər:

1-ci dərəcəli – 0-10° dərəcə

2-ci dərəcəli – 11-30° dərəcə

3-cü dərəcəli – 31-60° dərəcə

4-cü dərəcəli – >61° dərəcə

Yeniyetməlik idiopatik skoliozunda onurğa sütununun Deformasiyası uzun müddət stabil qala bilər. Bəzi hallarda isə xəstəlik çox tez proqressivləşir. Buna görə də bu patologiyası olan uşaqlar daim həkim nəzarətində olmalı, periodik olaraq rentgen müayinəsindən keçməlidirlər. Yalnız bu zaman xəstəliyin proressivləşməsini vaxtında aşkar etmək mümkündür.

Azərbaycanda təxminən hər min nəfərdən 10-u skolioz xəstəliyindən əziyyət çəkir. Üstəlik bu xəstəlik adətən vaxtında təyin olunmur və insanın vücudu əyilir və donqarlıq əmələ gəlir. İndiyədək bu xəstəliyin nisbətən yüngül formaları yəni onurğanın az əyriliyi Azərbaycanda əməliyyat olunsa da daha böyük əyriliklərdə xəstələr əməliyyat üçün xarici ölkələrə göndərilirdilər. Sümüklərin deformasiyası vaxtında əməliyyat yaxud müalicə olunmazsa bu əyrilik get-gedə daha qabarıq özünü göstərməyə başlayır.

Bakı Bərpa Mərkəzində Skolioz xəstəliyinin müalicəsi üçün bütün növ fizioterapiya üsulları mövcuddur. Mərkəzimizdə yerli və xarici mütəxəssislər tərəfindən onurğa sütunu müayinəsi və müalicəsi həyata keçirilir.

BEL AĞRILARI

Bel ağrıları ən çox rast gəlinən şikayətlərdən biridir. Dünya əhalisinin 80%-i həyatlarında bir dəfə də olsun bel…

BOYUN AĞRILARI

Boyun ağrıları son illərdə müasir cəmiyyətin əsas problemlərindən biri olmuşdur.

ÇİYİN AĞRILARI

Bazu oynağı orqanizmin ən hərəkətli və bir çox istiqamətə hərəkət imkanları olan oynaqlardan biridir.

OYNAQ AĞRILARI

Artralgiya oynağın istənilən xəstəliyi nəticəsində inkişaf edən oynaq ağrılarıdır. Daha çox xəstəlik çanaq-bud, diz, çiyin…

SKOLİOZ AĞRILARI

Birinci dərəcəli ailə üzvlərində skolioz xəstəliyinin olması uşaqlarda da xəstəliyin görülmə riskini artırmaqdadır.

DİZ AĞRILARI

Hərəkət sistemimizdəki ən əhəmiyyətli oynaqlarda biri diz oynağımızdır. Üç dənə sümüyün birləşməsindən ibarət olan diz…

AYAQ AĞRILARI

Ayaqda ağrılar müxtəlif xəstəliklərin əlaməti kimi özünü büruzə verə bilər. Ağrılar əzələ, damar, oynaq və nevroloji…

BOYUN AĞRILARI

Boyun ağrıları son illərdə müasir cəmiyyətin əsas problemlərindən biri olmuşdur. Boynumuz beyni və 5 duyğu orqanlarımızı…

BEL AĞRILARI

Beldə ağrı – insanlarda, xüsusən də yaşlı nəsildə tez-tez rast gəlinən əlamət. Hesablamalar göstərir ki, hər dörd…

SEREBRAL İFLİC

Uşaq serebral iflici, adətən erkən uşaq yaşlarında başlayan və hərəki pozğunluqlarla – iflic, əzələ zəifliyi…

LORDOZ XƏSTƏLİYİ

Lordoz Onurğa sütununun Deformasiyası nəticəsində yaranır. Onurğa boyun, kürək və bel hissəsində başın ağırlığını…

KİFOZ XƏSTƏLİYİ

Kifoz insanın onurğasında baş verən qeyri-normal əyriliklərdən biri – onurğanın döş nahiyəsindən önə doğru əyilməsi.

ŞMORL YIRTIĞI

Şmorl yırtığı – fəqərəarası diskdən qığırdaq toxumasının fəqərə cisminə doğru keçməsidir. Şmorl yırtığı ən çox…

ONLİNE QƏBULA YAZIL

Mərkəzimizə gəlmədən əvvəl, online qəbula yazılmanız tövsiyyə olunur.

24/7/365

İlin istənilən günü və saatı Sizə xidmət etməkdən məmnunuq.

PEŞƏKAR PERSONAL

Təcrübəli və peşəkar personalımıza etibar edə bilərsiniz.

Ünvan: Ə.Salamzadə 593, Bakı, Azərbaycan

Tel: (+994 12) 409 06 66 ; (+994 12) 432 87 88

Mob: (+994 50) 303 06 66 ; (+994 55) 444 07 88

2019 -2020 © BAKI BƏRPA MƏRKƏZİ. Müəllif hüquqları qorunur.