ORQANİZMİN BƏRPASI VƏ REABİLİTASİYASI NƏ DEMƏKDİR?!

Tibbi reabilitasiya keçirilmiş ağır xəstəliklərdən sonra, travma zamanı orqanizmin normal psixi və fizioloji funksiyalarının qismən pozulması və ya tam itirilməsinin bərpasına yönəldilmiş bir sıra müalicə metodlarının kompeks tətbiq olunmasıdır.

Müalicədən fərqli olaraq reabilitasiya patoloji prosesin kəskin fazası dövründə aparılmır.

Reabilitasiyanın dayaq hərəkət aparatının bir sıra anadangəlmə və qazanılma xəstəliklərində körpə yaşından aparılması müalicənin uğurlu olmasında həlledici rol oynayır.

Reabilitasiya istənilən yaşda insanları müxtəlif səbəblərin yaratdığı psixi, hərəki və nitg qüsurlarının əlillik dərəcəsinə gətirib çıxarmasından mühafizə və müalicə ederek onları cəmiyyətə geri qazandırır.

Fizioterapiya kliniki təbabətin təbii və süni yaradılmış faktorlarının insan orqanizminə müalicəvi təsirini tedqiq edir. Günəş şüası, su müalicəsi, hava vannaları, isti və soyuq təsiri, elektrik və elektromaqnit təsir, mexaniki təsir (masaj, müalicə idmanı, kompress) misal cəlmək olar.

  • Lazer terapiyası 
  • Diadinamoterapiya
  • Amplipuls terapiya
  • Miostimulyasiya 
  • Maqnit terapiya
  • Ultrasəs terapiyası (fonoforez)
  • Krioterapiya
  • Elektroterapiya (elektroforez)

Bu metodlarin hər birisi özlüyündə bu və ya digər fiziki faktorların müalicəvi təsir aspektlrəini daşıyır.

ONLİNE QƏBULA YAZIL

Mərkəzimizə gəlmədən əvvəl, online qəbula yazılmanız tövsiyyə olunur.

24/7/365

İlin istənilən günü və saatı Sizə xidmət etməkdən məmnunuq.

PEŞƏKAR PERSONAL

Təcrübəli və peşəkar personalımıza etibar edə bilərsiniz.

Ünvan: Ə.Salamzadə 593, Bakı, Azərbaycan

Tel: (+994 12) 409 06 66 ; (+994 12) 432 87 88

Mob: (+994 50) 303 06 66 ; (+994 55) 444 07 88

2019 -2020 © BAKI BƏRPA MƏRKƏZİ. Müəllif hüquqları qorunur.