Psixiatr
Dr Əziz Mustafayev
- 19.03.1984-cü il tarixində Sumqayıt şəhərində anadan olmuşdur.
- 1990-2000-ci illərdə Sumqayıt şəhər Təfəkkür liseyində (13 saylı orta məktəb) orta təhsil almişdır.
- 2000-ci ildə Azərbaycan Tibb Universitetinə daxil olmuşdur.
- 2006-ci ildə “Psixiatriya” ixtisasi üzrə universiteti bitirmişdir. Həmin ildən 2018-ci ilə qədər Sumqayit şəhər Psixiatriya xəstəxanasında işləmişdir.
- Hal-hazırda Bakı və Sumqayıt şəhərlərində həkim-psixiatr və konsultant-psixiatr kimi fəaliyyət gostərir.
- Bir neçe tibbi məqalələrin müəllifi, psixi sağlamlıq üzrə seminar ve treninqlərin təşkilatçısıdır. Dr Əziz Mustafayev
Psixiatra adətən hansı sıxıntılar ilə müraciət edirlər:
- Depressiyalar
- Posttravmatik Stress Pozuntusu
- Təsviş pozuntuları-Panik Pozuntu, Fobiyalar
- Obsessiv Kompulsiv Pozuntu
- Adaptasiya Pozuntuları
- Yuxu Pozuntuları
- Qida Qəbulu Pozuntuları-Anoreksiya və Bulemiya
- Seksual Pozuntular-Vaginizm və Erkən Boşalma
- Bipolyar Pozuntu
- Şizofreniya
- Şəxsiyyat Pozuntuları-Psixopatiyalar
- Autizm
- Diqqət Əskikliyi və Hiperaktivlik
- Enurez-Sidik qaçırma
- Kəkələmə
- Tiklər
- Demensiyalar-Alcheymer xəstəliyi, Pik xəstəliyi
- Davraniş və Meyl pozuntuları-maddə və oyun bağlılığı
Bakı Bərpa Mərkəzinin yaradılma səbəbi, Azərbaycanda realibitasiya və bərpa mərkəzi olaraq fərqli yanaşma ilə vətəndaşlara xidmət etməkdir. Biz bilirik ki, reabilitasiyaya ehtiyacı olan xəstələrə xüsusi diqqət və həssaslıqla yanaşmaq lazımdır. Məhz bu səbəbdən komandamız peşəkar olmaqla yanaşı, gülərüz və mehribandır.
Hədəfimiz müassir tibbdə qəbul və tətbiq olunan bütün müalicə üsullarından istifadə edərək, xəstələrə şəfa verməkdir. Mərkəzimiz tibb elminin standartlarına cavab verən yeni texnologiyaların, peşəkar və dinamik personalın birləşdiyi bir tibb mərkəzidir. Avropa, Türkiyə və Rusiyada təhsil almış yerli və xarici həkimlərimiz ilə yanaşı, administrativ personalımız işinin peşəkarlarıdır. Hər bir müraciətə fərdi yanaşaraq, ədalətli qərarlar verib müalicə proqramı hazırlayırıq.
Bakı Bərpa Mərkəzində 20 yataq otağı mövcuddur ki, burada xroniki xəstəliklərdən əziyyət çəkənlərin, əməliyyat sonrası xüsusi həkim nəzarətinə ehtiyac olanların və s. müalicəsi nəzərdə tutulub.
Məqsədimiz xalqımıza yüksək keyfiyyətli və beynəlxalq standartlara cavab verən tibbi xidmətlər göstərmək, reabilitasiya üçün vətəndaşlarımızın xarici ölkələrdə deyil, məhz öz vətənlərində tibbi xidmətlər almalarını təmin etməkdir.
Tibbin ən son metodlarını tətbiq edərək vətəndaşlara xidmət göstərməkdən çox məmnunuq. Türkiyə, Rusiya və Avropada təhsil almış həkimlərimizin nəzarəti ilə xroniki xəsətliklərdən, o cümlədən, bel, boyun, ayaq ağrıları, fəqərəarası disk yırtıqları, onurğa problemləri, iflic, travmalar və s. əziyyət çəkənlərə, xüsusi proqramlarla müalicə prosedurları həyata keçiririk. Orqanizmin öz-özünü bərpa etmək funksiyasını tənzimləyirik.