Menu

Bakı Bərpa Mərkəzi

header photo

Ginekologiya

Statistikanın hesablamalarına görə qadınların 60%-i ginekoloji xəstəliklərdən əziyyət çəkir. Ekspertlər isə bu göstəricinin daha da yüksək olduğunu və bəzi qadınların həkim müayinəsindən belə keçmədiyini qeyd edirlər. Qadın xəstəlikləri yumurtalıq və yumurtalıq artımlarının xəstəlikləri olmaqla qeyd edilir. Bu xəstəliklər iltihabi proseslər, hormonal pozğunluqlar, endometriumun xəstəlikləri və şiş xəstəlikləri şəklində özünü biruzə verir. Ginekoloqlar həkimə iltihabi xəstəliklərdən əziyyət çəkən qadınların çox illər əvvəldən bu əlamətlərin meydana çıxdığını söyləyirlər. Ginekoloqlar qadınlarda baş verən iltihabi xəstəliklərin qadınların orqanizminə və aktiv həyatına mənfi təsir etdiyini söyləyirlər. Qadın cinsiyyət üzvlərinin əmələ gətirdiyi ən böyük problemlərdən biri isə bu xəstəliklərin qadının hamilə qala bilməsinin qarşısını alır.

Qadın sağlamlığı cox incə məhfumdur. Belə ki, ətraf mühitin ekoloji təsviri, psixoloji vəziyyət, dərman preparatlarının kontrolsuz təyini (əsasən də antibiotiklərin) qadın sağlamlığını risq altına qoyur. Bununla əlaqədər olaraq normal mikroflora da təzyiq altında qalır, patogenlik xüsusiyyəti əldə edir və onun “təmsilçiləri” bir çox xəstəliklərin törədicilərinə çevrilirlər. Cinsi orqanların müadfiə sistemləri isə zəifləyərək uregenital infeksiyaların hücumuna məruz qalırlar.

İltihabi xəstəliklərin inkişafına çox faktorlar təsir edir: infeksiyalar, soyuğun təsiri, abortlar, operativ və yaxud da diaqnostik məqsədlə aparılan manipulyasiyalar, cinsi həyatta gigiyena qaydalarına riayət etməmək, antibiotiklərlə qeyri adekvat müalicə  və s. Eləcə də uşaqlıqdaxili spirallar iltihabi xəstəliklər risqini 4-5 dəfəyədək artırmış olurlar. Bu göstərici düzgün istifadə olunmayan uşaqlıqyoludaxili tamponların istifadəsinə də aiddir.

İltihabi prosesin səbələrindən biri kimi cərrahi müdaxilələr zamanı toxuma zədələnmələrini də göstərmək olar.  Bu halda oksidləşmə-bərpa potensialı aşağı düşərək şərti-patogen floranın yayılması üçün şərait yaranır.

Go Back

Şərh yaz