Menu

Bakı Bərpa Mərkəzi

header photo

Andrologiya

Bakı Bərpa Mərkəzində kişilərin cinsi zəifliyinin müalicəsi məqsədilə dünyanın öncül uroloji elmi cəmiyyətlərin, elmi tədqiqat institutlarının (Glickman Urological and Kidney Institute - Clivelend) uzun illər ərzində klinik tədqiqatları ilə təsdiq olunmuş müalicə metodları və protokolları rəhbər tutulur. Mərkəzimizdə cinsiyyət üzvlərinin ultrasəs müayinəsi, doppler müayinəsi ilə yanaşı labarator analizlər yolu ilə cinsi fəallığın təmin olunmasında mühüm rol oynayan hormonların (kişiyə və qadına aid hormonların, orqanizmin diğər vacib hormonlarının) səviyyəsinin müəyyən edilməsinə, infeksiyalarin aşkarlanmasına geniş imkanlar vardır.

Cinsi zəifliyin diaqnozu. Cinsi zəifliyin diaqnozu pasientin yaşı, pis vərdişləri (tütün, alkoqol, narkotiklərə münasibəti) zəifliyin  baş vermə şəraiti, müddəti(neçə gün, ay, il), zəiflik halının tezlyi (həftədə, ayda neçə dəfə), həyat (ailə) və iş şəaiti, keçirdiyi və hazırki xəstəliyi, qadını (seksual partnyoru) haqda  və digər əlaqəli haqda məlumatlarnəzərə almaqlqla qoyulur. Cinsi zəiflik” anlayışı bizim qulağımızın alışdığı “Şəkərli diabet”, Miokard infarktı”, yaxud “Su çiçəyi” və ya “Trixomoniaz”, “tonzillit” kimi anlayış deyil. Cinsi zəiflik səbəb deyil, nəticədir.  Yəni,“Cinsi zəiflik bir qayda olaraq orqanizmin çoxsaylı nasazlıqlarının təzahürü, nəticəsidir.

Cavan kişilərdə cinsi zəifliyin müalicəsi. Müalicənin  ilk şərti cinsi zəifliyin həqiqətən mövcud olmasıdır!

Cinsi zəifliklə bağlı həkimə müraciət edənlərin az qala yarısında əslində cinsi zəiflik mövcud deyil! Bu səbəbdən bir daha cinsi zəifliyin əslində nə olması barədə izahata ehtiyacı var. Belə ki, cinsi zəiflik (və ya impotensiya, erektil disfunksiya, cinsi gücsüzlük, cinsi iqtidarsızlıq və s.) diaqnozu o zaman qoyula bilər ki, müəyyən bir müddət  ərzində cinsi əlaqənin təkrar-təkrar (ən azı 25 % hallarda) baş tutmaması və ya cinsi əlaqənin tərəfləri müntəzəm olaraq qane etməməsi müşahidə olunsun! Həkim yalnız diaqnoza əmin olduqdan sonra optimal müalicə təyin edə bilər. Cavan kişilərdə cinsi zeifliyin mualicesində pasientdə psixoloji inam yaratmaq çox mühümdür. Fiziki saglam cavan kişilərdə çeşidli kimyəvi dərmanlarla mualice, habelə müxtəlif tibbi qurğulardan istifadəyə adətən ehtiyac olmur. Həmçinin tibbdə cinsi zeiflik üçün rəsmi olaraq tanınan Viaqra və onun analoqlarının da yalnız cinsi zəifliyin kəskin formalarında tətbiqi məsləhətdir. Əgər prostat vəzidə problem olarsa (prostatit, prostat vezinin fibrozlaşması, kalsinatları və s.) birinci nıvbədə prostatda olan problemləraradan qaldırılmalıdır. Təəssüf ki, prostatın daşlarını (və ya kalsinatlarını) yox etmək mümkün deyil. Bu zaman müalicənin məqsədi  prostatın daşlaşmasinın (kalsinatlaşmasının) dayandırılması və prostat vezinin qan dövranın yaxşılaşdırılmasıdır. Budan ötrü hələ ki, ən üstün metod Biopunktura metodudur. Bu metodda qədim Çin tibbinin Akupunktura müalicəsi müasir alman homeopatik müalicəsi ilə  tamamlanaraq əsil müalicə effekti verir.

Go Back

Şərh yaz