Menu

Bakı Bərpa Mərkəzi

header photo

Çiyin

Bazu oynağı orqanizmin ən hərəkətli və bir çox istiqamətə hərəkət imkanları olan oynaqlardan biridir. Çiyin ağrısı ortopediyada bel və diz oynağı ağrısından sonra ən çox rast gələn ağrı şikayətlərindəndir. Çiyin qurşağı ağrıları istirahət vaxtı, müəyyən hərəkətlərlərdə, ya da daimi ola bilər.

Çiyin ağrısının səbəbinin diaqnozu necə qoyulur?

Çiyin ağrınızın davam etməsi zamanı müraciət edəcəyiniz ortoped-travmatoloq, sizə bir sıra suallar verəcək, xəstəliyin səbəblərini aydınlaşdırmağa çalışacaq. Bazu oynağınızı və boyun nahiyyənizin müayinəsindəndən sonra, çiyin qurşağı ağrınızın səbəbi haqqında bir fikirə gələ biləcək. Həkiminiz bəzən sizə dərhal müalicəyə başlaya bilər, bəzəndə rentgenoloji və ya MRT kimi müayinə metodlarından istifadə edə bilər.

Go Back

Şərh yaz