Uşaqlarda uşaq serebral iflici, spina bifida və braxial pleksus zədələnmələri kimi pozuntularda intesiv pediatrik reabilitasiya tətbiq olunur. Bununla yanaşı autizm kimi inkişaf problemlərində və Daun sindromu kimi xromosomal pozuntularda da xüsusi fizioterapiya proqramları tətbiq olunur. Pediatrik reabilitasiyada başlıca olaraq müalicəvi idman terapiyası, robotik reabilitasiya, qəfəs-blok terapiyası, hidroterapiya ilə yanaşı aktiv-passiv hərəkət reabilitasiyası proqramlarından istifadə olunur.
Zərbə-dalğa terapiyası
Zərbə-Dalğa Terapiyası müvafiq nahiyədə qan axını gücləndirir və bu nahiyənin aktivliyini artıraraq sağalma prosesinin sürətlənməsinə töhfə verir. Ümumiyyətlə ortopedik pozğunluqlar üçün istifadə edilən Zərbə Dalğası