Menu

Bakı Bərpa Mərkəzi

header photo

Yuxarı ətraflar reabilitasiyası

Yuxarı ətraflarda (çiyin, qollar, dirsək, bilək və barmaqlarda) baş verən sınıq, çıxıq, əməliyyatlar, iltihabi destruktiv zədələnmələr zamanı aparılan reabilitasiya proqramı bu növ pozuntulardan sonra əzələ, sümük və bağ aparatının tezliklə bərpa olunmasında mühüm rol oynayır. Yuxarı ətrafların reabilitasiyasında mexanoterapiya, müalicəvi idman terapiyası, çiyin çarxı, aktiv və passsiv terapiya, elektroterapiya və maqnit terapiyası kimi fizioterapevtik üsullardan istifadə olunur. Patologiyanın nevroloji, travmatoloji, infeksion və ya iltihabi olmasından asılı olaraq reabilitasiya proqramı həm tərkib hissəsinə görə həm də davametmə müddətinə görə dəyişir.

Go Back

Şərh yaz