Menu

Bakı Bərpa Mərkəzi

header photo

Ultrasəs terapiyası

Ultrasəs terapiyası (ultrasonoterapiya və ya terapevtik ultrasəs) yüksək tezlikli səs dalğalarının dəri səthinə tətbiq edilməsinə əsaslanır. Ultrasəsin orqanizmə sinir reflektor təsiri də əsas rol oynayır. Ultrasəsin toxumalara təsiri zamanı huceyrə səviyyəsində mikrovibrasiya (mikromassaj) yaranır və bu mikrovibrasiya hüceyrə elementlərinin və hüceyrənin özünün membran keçiriciliyinin artmasına mikrosirkulyasiyanın artmasına kömək edir. Ultrasəs terapiyası nevroloji, travmatoloji, qastroenteroloji, ginekoloji, androloji və cərrahi patologiyalarda kompleks terapiya kimi tətbiq edilməkdədir.

Ultrafonoforez (fonoforez) - ultrasəs müalicəsinin ən effektiv növlərindən biridir.  Bu ultrasəsin və dərman maddələrinin orqanizmə təsir etməsidir. Fonoforezi aparmaq üçün məhlul, məlhəm, emulsiya formasında dərman maddələri istifadə olunur. Nəticə olaraq iltihabəleyhinə, ağrıkəsici, qan dövranının yaxşılaşması, ödemin aradan qaldırılması, yaraların sağalması, çapıq toxumalarının yumşalmasını təmin edir.

Ultrases müalicəsinə göstəriş:

  • Oynaq və onurğa xəstəlikləri, dayaq hərəkət aparatının travmaları, osteoxondroz
  • Periferik sinirlərin xroniki xəstəlikləri – nevrit, nevralgiya
  • Haymorit, sinusit, otit
  • Bronxit, pnevmoniya
  • Qastrit, pankreatit,kolit,xolesistit
  • Yaniq xəstəliyi, emeliyyat sonrası çapıqlar
  • Prostatit,adneksit
  • Mastit profilaktikası, laktostaz
  • Sellulit

Go Back

Şərh yaz