Menu

Bakı Bərpa Mərkəzi

header photo

Serebral İflic

Uşaq serebral iflici, adətən erkən uşaq yaşlarında başlayan və hərəki pozğunluqlarla - iflic, əzələ zəifliyi, hərəkət koordinasiyasının pozulması və qeyri iradi hərəkətlərlə təzahür olan, baş beynin zədələnməsinin dərəcəsindən asılı olaraq çox yüngül hallardan tutmuş ta əlilliyə gədər gətirib çıxaran bir xəstəlikdir.

Bəzən uşaq serebral iflic epileptik tutmalar, psixi inkişafın ləngiməsi qavrama və öyrənmə çətinlikləri ilə müşayət ola bilər. Uşaq serebral iflici zamanı görmə, eşitmə, nitq, zəka da pozulmuş ola bilər. Uşaq serebral iflic olan uşaqlar çox vaxt ağıldan kəm təsəvuru yaratsalarda bu həmişə belə olmur.

Uşaq serebral iflicin yaranma səbəbləri:

Uşaq serebral iflic adətən uşağın ana bətnində, doğuş zamanı və ya bilavasitə doğuşdan sonra baş beynin travması və ya zədələnməsi nəticəsində yaranır. Baş beyinin zədələnməsi hamiləlik dövründə infeksiyalar, preeklampsiya, uşaq ana arasında rezus konflikt, vaxtından qabaq doğuş və uşağın asfiksiyası nəticəsində ola bilər. Doğuşdan sonra isə uşağın keçirtdiyi travma və infeksiyalar uşaq serebral iflicinə gətirib çıxara bilər.

Formaları:

Uşaq serebral iflicin klassifikasiyası hərəki pozuntuların xarakterinə və yayılmasına əsasən aparılır.
5 növ hərəki pozuntu ayırd olunur.

  1. Spastiklik - əzələ tonusunun artması, bu hərəkət təkrarlanan zamanı azalır.
  2. Ataksiya - tez-tez yıxılma ilə müşayət olan müvazinət pozulması. 
  3. Rigidlik - əzələlərin bərk və gərgin vəziyyətdə olması.
  4. Atetoz - daimi qeyri-iradi hərəkətlər
  5. Tremor - ətrafların əsməsi

Lakalizasiya görə uşaq serebral iflicin 4 forması seçilir:

  1. Monoplegiya -1 əlin və ya qolun zədələnməsi
  2. Hemiplegiya bədənin bir tərəfində həm qol, həm də ayağın zədələnməsi
  3. Displegiyaya 2 qolun ya 2 ayagın zədələnməsi 
  4. Kvadroplegiya -hər iki qolun və ayağın tam və ya hissəvi zədələnməsi

Müalicə: Uşaq serebral iflicin müalicəsi erkən dövrdə başlamalı və ömür boyu davam etməlidir. Uşaq həkimi, uşaq nevropatoloqu, müalicəvi idman həkimi və fizioterapevt, loqoped, psixoloq, ortoped və başqa mütəxəssislər birgə çalışaraq, belə xəstələri sözün əsl mənasında ayaga qaldırmalıdırlar.

Əsas müalicə fiziki və psixi funksiyaların məşqi yolu ilə nevroloji defektin azalmasına yönəlir. Məqsəd müalicəvi idman, fizioterapiya, massaj vasitəsi ilə uşağın hərəkəti aktivliyini onun imkanları daxilində maksimal dərəcəyə çatdırmaqdır. Körpənin beyni çox plastikdir və gərgin, davamlı reabilitasiya apardıqda hətta ağır formalı serebral iflici olan uşaqlar belə gözəl nəticələr göstərə bilər.

Bakı Bərpa Mərkəzində Serebral iflic xəstəliyinin müalicəsi üçün bütün növ fizioterapiya üsulları mövcuddur. Mərkəzimizdə yerli və xarici mütəxəssislər tərəfindən onurğa sütunu müayinəsi və müalicəsi həyata keçirilir.

Go Back

Şərh yaz