Menu

Bakı Bərpa Mərkəzi

header photo

Lordoz Xəstəliyi

Lordoz Onurğa sütununun Deformasiyası nəticəsində yaranır. Onurğa boyun, kürək və bel hissəsində başın ağırlığını dəstəkləmək və şok zərbələrini əmmək üçün təbii olaraq qıvrımlara sahibdir. Lordoz bel yəni lumbal bölgədəki təbii qövs normalın üzerində olduğunda yaranır. Bu vəziyyət onurğada həddindən artıq təzyiqə səbəb olub ağrılara yol açır. Lordozu olan insanlarda ümumiyyətlə beldə görnən şəkildə bir qövs olur. Onlara yandan baxdıqda bel C şəklində görünür. Lordozun olub-olmadığını yoxlamaq üçün ən asan yol sərt bir yerə kürəyi üstə yatmaq. əlinizi sıx bir şəkildə belinizin altına sürüşdürməniz lazımdır. əgər lordozunuz varsa əlinizlə beliniz arasında əlavə boşluq olacaq.

Səbəbləri

Normal və lordozlu bel
Lordoz əsasən uşaqlıqda hər hansı səbəb olmadan yaranır. Pis duruş, köklük, osteoparoz, kifoz və.s

Müalicə

Lordotik əyrilik önə doğru əyildikdə öz-özünə düzəlirsə müalicə olunmur. Ancaq önə doğru eyildikdə lordotik əyrilik davam edirsə müalicə olunmalıdır.

Eyni zamanda bunlardan hansısa baş verərsə müalicə olunmalıdır: Ağrı, əzələ spazmları, üyüşmə, bağırsaqlarla əlaqədar problemlər. Lordoz müalicəsi əyriliyin şiddətindən asılıdır. Müalicə seçimləri arasında bunlar vardır:

  • Ağrı və şişliyi azaltmaq üçün dərmanlar.
  • Fiziki müalicə
  • Yoqa
  • Kilo itkisi
  • Cərrahi əməliyyat

Bakı Bərpa Mərkəzində Lordoz xəstəliyinin müalicəsi üçün bütün növ fizioterapiya üsulları mövcuddur. Mərkəzimizdə yerli və xarici mütəxəssislər tərəfindən onurğa sütunu müayinəsi və müalicəsi həyata keçirilir.

Go Back

Şərh yaz