Menu

Bakı Bərpa Mərkəzi

header photo

Kosmetologiya

PRP (Platelet rich plazma) -“Trombositlə zəngin plazma mənasını verir”. Kosmetologiyanın ən təbii prosedurudur. Yaralanmış bir bölgəyə tətbiq edildiyində, sürətlə yaxşılaşma müddətini başladaraq toxumaların yenilənməsi prosesi başlayır. Bu müalicə sayəsində dəri ləkələrinin, sızanaq izlərinin aradan qaldırılması, dərinin daha gözəl, canlı və parlaq görünməsi mümkündür. Səthi qırışların açılmasına kömək edir və dəriyə lifting effekti verərək “anti-age” təsir göstərir. Dəridəki çapıq izlərinin görünümünü azaldır. Hamiləlikdən sonra qalan çatların müalicəsində istifadə olunur. Proses zamanı əvvəl xəstənin öz qanı steril bir mühitdə alınır. Xüsusi bir sentrifuqa cihazında yüksək sürətdə və müəyyən müddətdə çevrilir. Qanın qırmızı və ağ hüceyrələri dibə çökərək, trombositlə zəngin hissəsi plazma ayrılır. Trombositlə zəngin bu plazma problemli nahiyəyə mikroinyeksiya vasitəsi ilə yeridilir. PRP-nin problemli olan hər hansı bir bölgəyə, ümumiyyətlə üzə, boyuna, dekolteyə, əl və ayaq kimi sahələrə tətbiq olunur. Prosedurdan sonra 3-4 həftə ərzində gözlə görünən dəyişiklik -ləkələrin və incə qırışların solduğunu və azaldığını, üzdə lifting təsiri ortaya çıxdığını və dərinin daha parlaq və canlı göründüyünü müşahidə etmək olar. 
Prosedur həmşinin saç tökülməsi, yeni saçların çıxması, saç dərisinin möhkəmlənməsi üçün də müalicə məqsədilə istifadə olunur. Plazmalifting prosedurunu digər kosmetoloji prosedurlardan fərqi istənilən fəsildə tətbiq olunmasıdır. Prosedur ağrısızlaşdırma ilə birlikdə 1saat ərzində başa çatdırılır.

Go Back

Şərh yaz