Menu

Bakı Bərpa Mərkəzi

header photo

Klaster baş ağrısı nədir? Dəstəşəkilli başağrısı

Qəfildən, çox şiddətli gözarxası, gözətrafı hissədə, üzün bir yarısında baş verən ağrıdır. Ağrı 15 dəqiqə ilə 90 dəqiqə arası davam edir. Ağrı zamanı, gözün arxadan onə basınc tərzi bir ağrı (sanki göz yerindən çixacaqmış kimi) gözdə qızarma, yaş axma, gözə qum dolma hissi, üzdə tərləmə müşahidə olunur. Ağrı dəstələr şəklində gün ərzində bir neçə dəfə tekrarlana bilir. Bəzən yuxudan qəfil çox şiddətli ağrı ilə dura bilir. Bəzən bu xəstələr özünəqəsd də edə bilir.

Öz-özunə aylarla remissiya yarana bilir. Bu ağrını çox zaman beyin qanamalari, işemik insultlarla qarışıq salına bilir. Şüphəli məqamlarda KT və MRT müayinəsindən istifadə olunur.

Müalicəsində antikonvulsantlardan istifadə yaxşı nəticə verir.

Go Back

Şərh yaz