Menu

Bakı Bərpa Mərkəzi

header photo

Kinezioteypinq

Kinezioteypinq xüsusi elastik sarğılar (bantlar) vasitəsilə həyata keçirilən ortopedik reabilitasiya metodudur. Termoaktiv örtüklə təchiz olunmuş adheziv bantlar ağrını azaltmağa, əzələ və yumuşaq toxuma problemlərini aradan qaldırmağa və terapevtik prosesi sürətləndirməyə kömək edir. Kinezioteypinq metodu əzələ zədələnmələri, əzələ gərilməsi, oynaq kapsulu zədələnmələri, kontrakturalar və əməliyyat sonrası reabilitasiyada istifadə olunur.

Kinezioteypinq - ağrı əleyhinə yönəldilmiş, ödemin azalmasını sürətləndirən və bərpa prosesinə yardım edən yeni nəsil preparatdır.

Tərkibi 100% pambıqdan ibarət olub 4-6 gün ərzində təsirini saxlayan və elastikliyi 50-70% olan hipoallergen xüsusiyyetli kinezioteyplər suya davamlı olur və gündəlik işlərlə məşğul olmağa mane olmur. Kinezioteyplər oynaq ağrıları, dayaq hərəkət sistemi zədələnmələrində, küt ağrılarda uğurla tətbiq edilir.

Go Back

Şərh yaz