Menu

Bakı Bərpa Mərkəzi

header photo

Endokrinologiya və Dietologiya

Klimaks qadında aybaşıdan kəsilmə olaraq qəbul edilir. Birmənalı şəkildə bu dövrdən etibarən maddələr mübadiləsi zəifləyir. Qadınlarda əsasən bel bölgəsində olmaqla piylənmədə artış görülür.

Onu da qeyd edimki, orqanizm menopauzaya birden bire girmir,bu proses daha öncəki illər içərisindəki yaşam tərzinin də təsiri ilə qadından qadına özünü ferqli göstərə bilir.
Beləki, aparılan bir çox tədqiqatlarda menopauzadan əvvəlki illərdəki qidalnma və fiziki aktivliyin çox böyük əhəmiyyəti olduğu sübut olunmuşdur.

Gündəlik rasionunda daha çox rafinə olunmuş qidaları istifadə edən qadınlarda 1-1,5 il daha tez klimaksa girdikləri göstərilmiş. Bir başka tedqiqatda isə rasionunda daha çox balıq və təzə paxlalılara yer veren qadınlarda klimaks 3.3 il daha gec baş vermişdir.

Sağlamlığınız və həyat komfortunu baxımından yaş həddindən asılı olmayaraq gündəlik həyatınızda aşağıdakılara riayət etməyə çalışın:

  • hər gün mütləq lifli qida qəbul edin(meyvə;tərəvəz)
  • qəbul etdiyiniz Bəsit karbohidratları(makaron;plov;ağ çörək;şəkər) daha sağlam karbohidratlarla (çovdar çörəyi,yulaf;mərci) əvəz edin
  • qırmızı əti həftədə 2-3 dəfədən artıq istifadə etməyin
  • həftədə 1-2 dəfə balıq yeməyə çalışın
  • süd və süd məhsullarından mütləq hər gün istifadə edin
  • alkollu,qazlı,şəkırli içkilərdən uzaq durun
  • hər gün mütləq ən az 10-15 dəq əzələ yükünü artıran idman növüylə məşqul olun
  • hər gün mütləq ən az 30 dəq təmiz havada gəzin
  • suyu həyatınızdan əksik etməyin

Hər zaman sağlam və cavan qalın!

Go Back

Şərh yaz