Menu

Bakı Bərpa Mərkəzi

header photo

Diz Ağrıları

Hərəkət sistemimizdəki ən əhəmiyyətli oynaqlarda biri diz oynağımızdır. Üç dənə sümüyün birləşməsindən ibarət olan diz oynağı bir tərəfdən ayaqda durmamıza, yeriməyimizə, oturub-qalxmağımıza imkan verərkən digər tərəfdən ən sərt idman hərəkətlərinin edilməsinə imkan verir. Diz oynağının bu yükü saxlaması oynağı əmələ gətirən dörd möhkəm bağ sayəsində mümkün olur. Bu bağların ikisi daxili və xarici yan tərəflərdə, biri qabaqda digəri isə dizin arxa nahiyyəsindədir.

Öndəki və arxadakı bağlar çarpaz şəkildə sümüklərə yapışdıqda "ön və ya arxa çarpaz bağ" olaraq adlandırılırlar. Normal şərtlərdə ön və arxa çarpaz bağlar ən çətin hərəkətlər əsnasında belə diz oynağını qoruyur və oynağı meydana gətirən sümüklərin arxaya sürüşməsini, oynaq bütövlüyünün pozulmasının qarşısını alır.

Gözlənilməz bəzi vəziyyətlərdə və diz oynağına əlavə sərt zərbələr olduqda, xüsusilə diz oynağını öz ətrafında dönməyə məcbur edən zədələr zamanı bu bağlarda zədələnmələr və qopmalar meydana gələ bilər. Hərəkətlər əsnasında ön çarpaz bağa daha çox yük düşdüyündən, qopmalar da çox görülür. İlk qopma anında şiddətli ağrıyla birlikdə diz oynağında həssaslıq və şişlik olur.

Çarpaz bağ qopması MRT müayinəsi ilə dəqiqləşdirilə bilir. Ön və arxa çarpaz bağın yırtığı mikro yırtıq, hissəvi və tam ola bilər.

Go Back

Şərh yaz