Menu

Bakı Bərpa Mərkəzi

header photo

Displaziya Xəstəliyi

Bud-çanaq displaziyası - yeni doğulmuş körpənin bud sümüyünün əyri yerləşməsi deməkdir.

Əsasən bu problem qız uşaqlarında rast gəlinir. Vaxtında və düzgün müalicə aldıqda uşaqlar sağalır və gələcəkdə ayaqlarında heç bir problem müşahidə olunmur.

Displaziyanın 3 növü var: yüngül çıxıq, yarım çıxıq və tam çıxıq. Çıxıq zamanı oynaq kasası dayaz olur və bud sümüyü yerinə oturmur.

Displaziyanın səbəbləri

Bununla bağlı dəqiq məlumatlar olmasa da - cins, qenetika və uşaqlaıqda uşağın tərs yerləşməsi əsas səbəb kimi göstərilir.

Displaziyanın simptomları

Bu cür displaziya uşaqlara ağrı vermir.

  • bu körpələri müayinə etdikdə həkim bud-çanaq oynaqlarının boş olduğunu müəyyən edir
  • bir ayaq digərindən qısa olur (birtərəfli displaziyada)
  • yanda bir və ya hər iki tərəfdə qatlar əmələ gəlir

Artıq gəzməyə başlamış uşaqda displaziya daha aydın müşahidə olunur: uşaq barmaqları üzərində gəzir, ağsayır.

Displaziya müalicə olunmadıqda uşaq gələcəkdə ağsaq olur.

Displaziyanın müalicəsi:

Displaziyanın müalicəsi nə qədər tez başlasa bir o qədər tez sağalır. İdeal halda müalicə körpə 1-3 aylıq olduqda həyata keçirilməlidir. Ən nadir hallarda isə bu xəstəlik əməliyyat vasitəilə müalicə olunur. Müalicənin əsas məqsədi uşağın ayaqlarının aralı olaraq saxlanılmasıdır. Bu zaman bud sümüyü oynaq kasasında yerləşir və öz yerini tutur.

  • Geniş bələnmə - körpənin ayaqlarını aralı tutulmasını təmin edir. Bunun üçün iki bələk istifadə olunur.

Ayaqları aralı tutan tumanlar - 4-6 həftə ərzində bud-çanaq oynağı düzəlir.

Pavlik çirozları - zəif müalicə metodu kömək etməyəndə tətbiq olunur. Hansı ayaq zədələndiyindən asılı olmayaraq hər iki ayağa taxılır. 1,5-2 ay müddətinə taxılır.

Bakı Bərpa Mərkəzində Displaziya xəstəliyinin müalicəsi üçün bütün növ fizioterapiya üsulları mövcuddur. Mərkəzimizdə yerli və xarici mütəxəssislər tərəfindən onurğa sütunu müayinəsi və müalicəsi həyata keçirilir.

Go Back

Şərh yaz