Menu

Bakı Bərpa Mərkəzi

header photo

Bel Ağrıları

Beldə ağrı - insanlarda, xüsusən də yaşlı nəsildə tez-tez rast gəlinən əlamət.

Hesablamalar göstərir ki, hər dörd insandan biri bütün həyatları boyu bir dəfə də olsa bel ağrısından şikayətlənir. Bu insanların həkimə müracət etməsinə və ya işdən qalmasına ən çox səbəb olan şikayətlərdən biridir. Amma müəyyən sadə müalicəvi tədbirlərin və bədən tərbiyəsinin həyata keçirilməsi ağrıların uzun müddət itməsinə səbəb ola bilər. Ağrıların davamlı xarakter alması və iş qabiliyyətini pozması həkimə müraciət etmək üçün əsas verir.

Davam etmə xüsusiyyətlərinə görə bel ağrılarının bölünməsi:

  • Kəskin BA: davam etmə müddəti 6 həftədən az olan bel ağrıları
  • Yarımkəskin BA: 6 həftədən çox, lakin 3 aydan az davam edən bel ağrıları
  • Xronik BA: 3 aydan çox müddətə xəstənin normal həyatını məhdudlaşdıran bel ağrıları
  • Qayıdan (residiv verən) BA: əvvəllər oxşar lokalizasiyalı eyni bel ağrıları olan xəstələrdə simptomsuz dövrlərlə müşayiət olunan kəskin BA

Epidemiologiya:

Bel ağrılarına klinik praktikada tez-tez təsadüf olunur. Əhalinin 80%-i həyatında ən azı bir dəfə bel nahiyəsində məhdudlaşdırıcı ağrı epizodu ilə qarşılaşır . İnsanların təxminən 40%-i yardım üçün ilkin səhiyyə xidmətləri səviyyəsinə, 40%-i manual terapevtlərə, “ara həkimlərinə” və yalnız 20%-i mütəxəssislərə müraciət edir. 6 həftə ərzində epizodların 90%-i müalicədən asılı olmayaraq özbaşına keçir . Eyni zamanda, bir qism xəstələrdə xronik ağrılar və əmək qabiliyyətinin itməsi baş verir. Məhdudiyyətləri 1 ildən çox olan bütün xəstələr 90% halda intensiv müalicə olmadan işləməyə qadir olmurlar .

İlkin səhiyyə müəssisələrinə kəskin BA nəticəsində müraciətin tezliyi ikinci, ortopedlərə isə birinci yerdədir. BA simptomlarının təkrar olması kifayət qədər tez-tez baş verir və il ərzində insanların təxminən 60-80%-də müşahidə olunur.

Səbəbləri:

Bel bir çox vacib elementləri özündə birləşdirən (sümüklər, əzələlər, bağlar və fəqərələr arasında yastıq rolunu oynayan disklər) mürəkkəb quruluşa malikdir. Beldə olan ağrılar bu elementlərin hər birindən qaynaqlana bilər. Bəzi insanlarda isə bel ağrısının hər hansi spesifik bir səbəbi tapılmır. Aşağıdakı spesifik səbəblər müəyyən edilir:

Bel ağrıları ən çox ağır yük qaldırmaq və ya yöndəmsiz sərt hərəkətlər nəticəsində əzələ və bağların dartılmasından əmələ gəlir. Bəzən isə əzələ spazmı ağrılar yarada bilər.

Struktur problemləri:

Bir çox hallarda bel ağrıları aşağıda göstərilən struktur problemləri nəticəsində meydana gələ bilər:

  • Qabarmış və ya yırtılmış fəqərələrarası disklər. Disklər fəqərələr arasında yastıq rolunu oynayır və onları hərəkət zamanı bir birinə sürtülərək zədələnməkdən qoruyur. Bəzən, disk içərisində olan yumşaq maddə öz yerindən kənara qabarır və ya yırtılır və bununla da yaxından keçən sinirə təzyiq edir. Amma bəzi insanlarda diskin qabarması və yırtılması olsa da ağrılar olmur.
  • İşialgiya. Qabarmış və ya yırtılmış fəqərələrarası disklər oturaq sinirini sıxaraq beldə, sağrı nayihəsində və aşağı ətrafın arxasında kəskin ağrı hissi yaradır.
  • Artritlər. Osteoartrilər (sümük iltihabi) ən çox bud, əl, diz və beldə olan oynaqları zədələyir. Bir çox hallarda belde olan artritlər (oynaq iltihabı) onurğa beyin ətrafında olan sahəni daraldaraq ağrılara səbəb olur.
  • Skelet pozğunluqları. Onurğa sütununun əyriliyində anormallıq bel ağrılarına səbəb ola bilər. Əgər onurğa sütunun təbii əyriliyi dəyişirsə bel nayihəsində bu özünü qabarma (qozbellik) və ya yana əyilmə (skalioz) kimi göstərir.
  • Osteoparoz. Osteoparoz zamanı bel fəqərələri kövrək olurlar ki, bu da onlarda sinıqlar və ya çatların əmələ gəlməsinə səbəb olur.

Aşağıda bel ağrılarının az-az rast gəlinən, amma ciddi aqibəti olan patologiyalar qeyd olunur:

  • Cauda equina syndromu ciddi nevroloji problemdir və bel və aşağı ətrafları innervasiya (sinir təminatı) edən sinirlərin zədələnməsi ilə əlaqədardır. Sindrom aşağı ətraflarda zəiflik, çanaq orqanlarında hərəkətsizlik, sidik ifrazi və defekasiya aktına nəzarətin itməsinə gətirib çıxarır.
  • Onurğa sütünunun xərçəngi. Onurğa sütununda olan xərçəng sinirləri sıxaraq ağrı verə bilər.
  • Onurğa sütununda iltihab. Əgər ağrılar hərarət, gərginlik və isti sahələrlə müşayət olunursa iltihabdan şübhələnmək lazımdır.

Risk faktorları:

  • Siqaret
  • Köklük
  • Yaş
  • Qadın cinsi
  • Ağır fiziki iş
  • Oturaq iş
  • Stresli iş
  • Narahatlıq
  • Depressiya

Müalicə:

Bel ağrılarının əksəriyyəti ev şəraitində sakitlik, sadə müalicəvi tədbirlər nəticəsində aradan qalxır. Bir neçə gün ağrıkəsicilərin qəbul edilməsi və yataq rejimi ağrıları tam aradan qaldıra bilər. Amma bunu bir neçə gündən çox etmək olmaz və həkimə müraciət etmək lazımdır.

Həkiminiz sizə qeyri-sterioid iltihabəleyhinə dərmanlar, bəzi hallarda əzələ relaksantları (boşaldıcılar) təyin edə bilər. Kəskin ağrılar zamanı narkotik ağrıkəsicilər təyin edilə bilər. Amma bütün oxşar müalicə tədbirləri həkimin nəzarəti və məsləhəti ilə aparılmalıdır.

  • Bədən tərbiyəsi və bəzi fiziki müalicə növləri - işti, massaj, buz, ultrasəs, elektrik stimulyasiyası - sizing bel ağrılarınızı aradan qaldıra bilər. Bu üsulları öyrənməklə gələcəkdə özünüz hətta həkimin nəzarəti olmadan belə tədbirləri həyata keçirə bilərsiniz.
  • Bel ağrısı olan bəzi insanlara cərrahi əməliyyat təklif edilə bilər. Cərrahi əməliyyat əsasən yirtılmış disklərlə bağlı olur. Əməliyyatdan sonra ağrılar, eləcə də aşağı ətrafın hərəkiliyində olan zəifliklər aradan qalxır. Aşağıdakı tip əməliyyatlar mövcuddur:
  • Birləşdirmə. Bu cərrahi əməliyyat zamanı iki fəqərə bir-birinə fərqli vasitələrlə bərkidilərək birləşdirilir. Əməliyyatın çatışmayan səbəbi odur ki, birləşdirilimiş fəqərələrdə artrit təhlükəsi artır.
  • Disk yerdəyişməsi. Bu üsul iki fəqərənin birləşdirilməsinə alternativ hesab olunur və iki fəqərə arasına çıxarılmış disk yerinə süni disk qoyulur.
  • Diskin hissəvi çıxarılması. Əməliyyat zamanı disk bütövlükdə deyil, yalnız onun siniri sıxan hissəsi çıxarılır.
  • Fəqərənin hissəvi çıxarılması. Əgər bel fəqərələrində sümük qabarması əmələ gəlirsə və onurğa beyini və ya sinirləri sıxırsa onun kiçik bir hissəsi kəsilib çıxarılır.

Bakı Bərpa Mərkəzində Bel Ağrıları xəstəliyinin müalicəsi üçün bütün növ fizioterapiya üsulları mövcuddur. Mərkəzimizdə yerli və xarici mütəxəssislər tərəfindən onurğa sütunu müayinəsi və müalicəsi həyata keçirilir.

Go Back

Şərh yaz